Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanın Səhiyyə nazirinin qızına Rusiya XİN-də vəzifə verilib

© Photo : APASəhiyyə naziri Oqtay Şirəliyev
Səhiyyə naziri Oqtay Şirəliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Nərmin Şirəliyeva indiyə kimi Moskva vilayətinin mədəniyyət naziri, qubernatorun mədəniyyət məsələləri üzrə müşaviri vəzifələrində çalışıb.

BAKI, 14 dekabr - Sputnik. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Rusiya Xarici İşlər Nazirliyində vəzifəyə təyin olunub.

Sputnik Azərbaycan xəbər verir ki, Nərmin Şirəliyeva Rusiya XİN-in strukturlarından biri olan "Rossotrudniçestvo"nun rəhbərinin müşaviri vəzifəsinə təyin edilib.

N.Şirəliyeva indiyə kimi Moskva vilayətinin mədəniyyət naziri, qubernatorun mədəniyyət məsələləri üzrə müşaviri vəzifələrində çalışıb.

Bu ilin 11 noyabrında Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Nərmin Şirəliyevanın işdən qovulması barədə sərəncam imzalayıb.

Şirəliyeva 1996-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Jurnalistika şöbəsini bitirib. 

Xəbər lenti
0