18:33 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
RUSİYA
Qısa URL
73 0 0

"Roskosmos" ilk dəfə rəsmi şəkildə kosmonavt maaşlarının həcmini açıqlayıb"Roskosmos" ilk dəfə rəsmi şəkildə kosmonavt maaşlarının həcmini açıqlayıb

BAKI, 13 dekabr — Sputnik. Rusiya ən çox maraq doğuran məsələlərdən biri olan kosmonavt maaşları ilə bağlı ilk dəfə rəsmi açıqlama verib. Sputnik Azərbaycan Haber Global-a istinadla xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyi ("Roskosmos") kosmonavtların yeni il üçün maaş layihəsini hazırlayıb.

Həmin layihəyə əsasən, 2021-ci ildən kosmonavt olmağa namizədlərin maaşının 60 min 900 rubldan 82 min 800 rubla, kosmonavtların maaşının 63 min 800 rubldan 86 min 800 rubla, təlimçi- kosmonavtların maaşının 88 min 400 rubldan 120 min 300 rubla qədər artırılması planlaşdırılır. Artıq kosmosa uçmuş kosmonavtların maaşının isə 69 min 600 rubldan 94 min 700 rubla qədər artırılması təklif olunur.

Bununla da, "Roskosmos" ilk dəfə olaraq kosmonavt maaşlarının həcmini rəsmi şəkildə dərc etmiş olub.

Qeyd edək ki, əvvəllər Rusiya "Fərdi məlumatların məxfiliyi qanununa" əsaslanaraq kosmonavt maaşlarının miqdarını açıqlamırdı.

"Rus kosmonavtlarına maliyyə dəstəyi razılaşması" çərçivəsində maaş alan kosmonavtların aylıq məvacibi ilə bağlı təklif olunan rəqəmlər mütəxəssislər tərəfindən araşdırılandan sonra təsdiq olunarsa, kosmosun fatehləri 2021-ci ilin yanvar ayından maaşlarını artımla alacaqlar.

Əsas mövzular