15:56 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
RUSİYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (579)
15 0 0

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 69,5 milyonu keçib, 1,58 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 11 dekabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 28585 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 613 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2597711-ə çatıb. Rusiyada pandemiya yayılandan 45893 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 2059840-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 69,5 milyonu keçib, 1,58 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (579)
Teqlər:
rekord, ölənlər, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Rusiya

Əsas mövzular