14:46 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
RUSİYA
Qısa URL
13 0 0

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 2515009-a çatıb. Rusiyada pandemiya yayılandan 44159 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 8 dekabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 26097 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 562 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 2515009-a çatıb. Rusiyada pandemiya yayılandan 44159 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1981526-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 67,5 milyonu keçib, 1,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Teqlər:
Rusiya, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular