21:22 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
RUSİYA
Qısa URL
50011

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini dəyişməyib.

BAKI, 4 dekabr - Sputnik. "Rusiya Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini dəyişməyib. Bu ərazinin kimə məxsusuluğu çoxdan BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən olunub".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dimitri Peskov bildirib.

"Ərazinin məxsusluğu Təhülkəsizlik Şurasının müvafiq qətnamaləri ilə müəyyən edilib. Rusiya heç nəyi dəyişməyib. Heç bir digər ölkə dəyişməyib. Putin də bildirib ki, Qarabağ tanınmayıb. Heç Ermənistan da onu tanımayıb. Bunu Putin bildirib"-deyə Peskov açıqlamasında deyib.

Ermənistan XİN-in başçısı Ara Ayvazyan ötən gün KİV-ə açıqlamasında deyib ki, Dağlıq Qarabağın statusu hələ müəyyən edilməlidir. "Bizim hədəfimiz Dağlıq Qarabağın müstəqiliyidir", - deyə Ayvazyan bildirib. 

Teqlər:
Dağlıq Qarabağ, Vladimir Putinin köməkçisi Dmitri Peskov, Dmitri Peskov, Ermənistan xarici işlər nazirliyi, Ermənistan XİN

Əsas mövzular