16:24 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
RUSİYA
Qısa URL
32 0 0

"Latviya Dövlət Təhlükəsizlik Xidmətinin dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına və rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi aqressiv hərəkətləri demokratik cəmiyyətin təməl prinsiplərinin pozulması kimi qiymətləndiririk".

BAKI, 4 dekabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Latviya hakimiyyət orqanlarının "Baltnews" portalı və "Sputnik Latviya"nın rusdilli jurnalistlərinə qarşı hərəkətlərini sərt şəkildə qınayıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla yaydığı xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi internet saytında məlumat verilib.

Qeyd edək ki, bir qədər bundan əvvəl "Sputnik" sözügedən media qurumlarının əməkdaşlarına qarşı Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə – Avropa Şurasının sanksiya rejimini pozma – ittiham irəli sürüldüyünü xəbər vermişdi. Dindirilmə prosesindən sonra jurnalistlərdən heç yerə getməmələri ilə bağlı yazılı iltizam alınıb. Media nümayəndələri cərimə oluna və ya həbs cəzasına məhkum edilə bilərlər.

"Latviya Dövlət Təhlükəsizlik Xidmətinin dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına və rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi aqressiv hərəkətləri demokratik cəmiyyətin təməl prinsiplərinin – media və ifadə azadlıqlarının pozulmasının bariz nümunəsi kimi qiymətləndiririk. Xatırladaq ki, jurnalistlər saxlanılıb, dindirilib, axtarışa məruz qalıb və onlar haqqında cinayət işi qaldırılıb", – deyə Rusiya XİN-in saytındakı məlumatda bildirilir.

Nazirlikdən onu da qeyd ediblər ki, "Sputnik Latviya" kollektivinin AŞ sanksiya rejimini pozmaqda ittiham olunması qətiyyən yolverilməzdir.

"Bu məhdudiyyətlər şəxsi xarakter daşıyır və şəxsən "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyovla əlaqəlidir, media holdinqin bütün əməkdaşlarına şamil edilə bilməz", – deyə nazirlikdən bildirilib.

XİN-dən onu da qeyd ediblər ki, "Sputnik" əməkdaşları ilə yanaşı, "Baltnews" xəbər agentliyinin rusdilli jurnalistlərinə və Latviyadakı bir sıra ictimaiyyət nümayəndələrinə qarşı da ittiham irəli sürülüb".

"Bütün bu uydurma ittihamların, heç şübhəsiz, rusofobiyanın təsiri ilə həyata keçirilən cəzalandırma tədbiri olduğu aydındır. Məsələ ATƏT Nazirlər Şurasında qaldırılacaq", – deyə məlumatda bildirilir.

Nazirlik ümid etdiyini bildirir ki, ATƏT-in yeni Media Azadlığı Nümayəndəsi baş verənləri görməzdən gəlməyəcək və Latviyaya qarşı "bu cür hücumların qəbuledilməzliyi", "söz azadlığını təmin edilməsi üçün beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin zəruriliyi" əsasında təzyiq göstərəcək.

"Avropa Şurasından da adekvat reaksiya gözləyirik", – deyə məlumatda bildirilir.

Qeyd edək ki, keçən il Estoniyada da analoji hadisə müşahidə olunmuşdu.

Teqlər:
Dmitri Kiselyov, Rusiya XİN, Sputnik Latviya, Sputnik

Əsas mövzular