16:08 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
RUSİYA
Qısa URL
28 0 0

Koronavirusa yoluxan aktyoru bir həftə süni nəfəs aparatına bağlasalar da, həyatını xilas etmək mümkün olmayıb.

BAKI, 2 dekabr — Sputnik. Rusiyanın Xalq artisti Boris Plotnikov vəfat edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, 72 yaşlı aktyor koronavirusa yoluxub. Bir həftə süni nəfəs aparatına bağlı olan aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, aktyor daha çox Rusiyanın müxtəlif teatrlarında rol alıb. Bundan başqa, Plotnikov ondan artıq cizgi filmi personajlarının obrazını səsləndirib. 50-yə yaxın filmdə rol alıb. Amma geniş tamaşaçı kütləsi Xalq artisti Boris Plotnikovu 1988-ci ildə çəkilmiş "İt ürəyi" filmindəki İvan Arnoldoviç Bormental obrazı ilə tanıyıb.

Teqlər:
Rusiya, xalq artisti

Əsas mövzular