Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Model qısqanclıq zəminində ərini öldürdü

© Sputnik / Murad OrujovДевушка с ножом, фото из архива
Девушка с ножом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə ilə bağlı "ehtiyatsızlıqdan adam öldürmə" maddəsi ilə cinayət işi açılıb. Model 15 ilə qədər azadlıqdan məhrum edilə bilər

BAKI, 2 dekabr — Sputnik. "Vogue" da daxil olmaqla bir çox məşhur jurnallarda çəkilən rusiyalı fotomodel Liliya Sudakova ərini öldürüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, dəhşətli hadisə cütlüyün istirahət üçün getdikləri Sankt-Peterburq şəhərində baş verib.

​Bildirilir ki, onlar bir neçə günlük mənzil kirayələyiblər. Hadisə günü kişi evə bir qadın gətirib və arvadının gözü qarşısında ona komplimentlər deməyə, onunla əylənməyə başlayıb. Bu, modelin xoşuna gəlməyib, cütlük arasında münaqişə yaşanıb.

Liliya sakitləşmək üçün mətbəxə keçib və orada yemək hazırlamağa başlayıb. Ardınca əri də mətbəxə girərək, onu döyməyə başlayıb. Bu zaman qızın əlində bıçaq olub. O, ərini vurub, zərbə ürəyindən dəydiyindən kişi yerindəcə keçinib.

Liliya ərini xilas etməyə çalışıb, təcili yardım xidmətini çağırıb. Lakin bunun bir faydası olmayıb.

Hadisə ilə bağlı "ehtiyatsızlıqdan adam öldürmə" maddəsi ilə cinayət işi açılıb. Model 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Xəbər lenti
0