08:16 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
54 0 0

Nazir vurğulayıb ki, Moskva "9 Noyabrdakı razılaşmanı və Rusiyanın buna nail olunmasında rolunu necə şərh etmə cəhdlərinə fəlsəfi baxışla yanaşır"

BAKI, 19 noyabr — Sputnik. Rəsmi Moskva, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağdakı nizamlanmaya dair üçtərəfli bəyanatını hazırlayarkən heç bir siyasi xal qazanmağa çalışmayıb. Sputnik Azərbaycan "RT"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

"Xeyr, bizdə belə bir istək yox idi", - deyə Lavrov jurnalistin müvafiq sualını cavablandırarkən bildirib.

O, vurğulayıb ki, Moskva "9 Noyabrdakı razılaşmanı və Rusiyanın buna nail olunmasında rolunu necə şərh etmə cəhdlərinə fəlsəfi baxışla yanaşır"

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Liderlər Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də ( sonradan bu müddət noyabrın 25-dək artırılıb) Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Teqlər:
Kəlbəcər, Ağdam, Üçtərəfli bəyanat, Rusiyanın xarici işlər naziri Sergey Lavrov

Əsas mövzular