00:04 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
21 0 0

Görüş zamanı Dağlıq Qarabağda və onun ətrafında atəşin və bütün hərbi əməliyyatların dayandırılması barədə noyabrın 9-da qəbul edilmiş üçtərəfli bəyanatdan sonra bölgədəki vəziyyət müzakirə edilib.

BAKI, 18 noyabr - Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Stefan Viskontini (Fransa), Endryu Şoferi (ABŞ), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata əsasən, görüş zamanı Dağlıq Qarabağda və onun ətrafında atəşin və bütün hərbi əməliyyatların dayandırılması barədə noyabrın 9-da qəbul edilmiş üçtərəfli bəyanatdan sonra bölgədəki vəziyyət müzakirə edilib.

Həmçinin həmsədr ölkələrin vasitəçilik səylərinin gələcək koordinasiyası nəzərdən keçirilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Teqlər:
Üçtərəfli bəyanat, vasitəçilik, Dağlıq Qarabağ məsələsi, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, Stefan Viskonti, Rusiya xarici işlər naziri, Sergey Lavrov

Əsas mövzular