10:28 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
23 0 0

Rusiya XİN başçısının müavini ümid edir ki, Ermənistandakı vəziyyət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı razılaşmasının icrasına təsir etməyəcək.

BAKI, 18 noyabr - Sputnik. Ümid edirik ki, Ermənistandakı vəziyyət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı razılaşmasının icrasına təsir etməyəcək.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Rusiya XİN başçısının müavini Dağlıq Qarabağdakı sülhməramlı qoşunlarının sayının artırılması məsələsinin gündəmdə olmadığını da qeyd edib:

"Rusiya sülhməramlılarının sayı dövlət başçılarının üçtərəfli bəyanatında dəqiq müəyyən olunub. Biz orada yazılanlardan çıxış edirik. Belə məsələ gündəmdə durmur".

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Liderlər Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də ( sonradan bu müddət noyabrın 25-dək artırılıb) Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Teqlər:
Ermənistanın baş naziri Nikol Paşinyan, Nikol Paşinyan, prezident İlham Əliyev, İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Vladimir Putin, Ermənistan, Rusiya XİN

Əsas mövzular