Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Rusiya generalitetini topladı, öz kreslosu ilə bağlı zarafat etməyi də unutmadı

© REUTERS / Alexei NikolskyiВладимир Путин и министр обороны РФ Сергей Шойгу (слева)
Владимир Путин и министр обороны РФ Сергей Шойгу (слева) - Sputnik Azərbaycan
Abunə olmaq
 Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin və Hərbi-sənaye Kompleksinin rəhbərləri ilə yığıncaq keçirib.

BAKI, 15 noyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin və Hərbi-sənaye Kompleksinin rəhbərləri ilə keçirdiyi yığıncaqda digərlərindən xeyli aralıya qoyulmuş kreslosu ilə bağlı zarafat edib. 

Bu barədə Vesti nəşri məlumat yayıb. 

"Uzaqda oturmusuz? Siz məndən qorxursuz, ya məni sizdən qoruyurlar?", - deyə prezident bildirib. 

Müdafiə naziri Sergey Şoyqu isə belə cavab verib: "Vladimir Vladimiroviç, biz sizdən qorxuruq".

Ali Baş Komandanın kreslosu dövlət başçısının iqamətgahında qüvvədə olan xüsusi sanitariya tədbirləri ilə əlaqədar olaraq uzaqda yerləşdirilib.

Xəbər lenti
0