QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Lavrov: Ermənistan müxalifəti əldə edilmiş razılaşma ətrafında spekulyasiya edir

© Photo : Press service of the Russian Foreign Ministry / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров на трехсторонних переговорах в Доме приемов МИД России
Министр иностранных дел РФ Сергей Лавров на трехсторонних переговорах в Доме приемов МИД России - Sputnik Azərbaycan
Abunə olmaq
Lavrov: "Rusiya Ermənistan müxalifətinin Dağlıq Qarabağla bağlı uğurla əldə edilmiş razılaşma ətrafında necə spekulyasiya etməyə cəhd göstərdiyini görür".

BAKI, 12 noyabr - Sputnik. Dağlıq Qarabağla bağlı əldə olunmuş razılaşmanı pozmağa cəhdlə bağlı hər hansı əlamət yoxdur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Moskva əmindir ki, bütün tərəflər Dağlıq Qarabağda Rusiya sülhməramlılarının olmasında maraqlıdır.

"Rusiya Ermənistan müxalifətinin Dağlıq Qarabağla bağlı uğurla əldə edilmiş razılaşma ətrafında necə spekulyasiya etməyə cəhd göstərdiyini görür", - deyə XİN başçısı bildirib. 

O, əmin olduğunu bildirib ki, Ermənistan hökuməti məsuliyyəti dərk edir və Qarabağ üzrə razılaşmaya tam əməl olunacaq. 

Xəbər lenti
0