02:12 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
46 0 0

Qarabağ kimi çətin, sıx düyünlənmiş münaqişələri sülh yolu ilə həll etmək üçün kompromislər tapmaq, kompromisə çıxmaq lazımdır.

BAKI, 10 noyabr — Sputnik. Qarabağ kimi sıx düyünlənmiş münaqişələri sülh yolu ilə həll etmək üçün kompromislər tapmaq lazımdır.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Şurasına üzv ölkələrin hökumət başçılarının şurasında çıxışı zamanı bildirib.

"Qarabağ kimi çətin, sıx düyünlənmiş münaqişələri sülh yolu ilə həll etmək üçün kompromislər tapmaq, kompromisə çıxmaq lazımdır", - deyə Putin qeyd edib.

O, eyni zamanda Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın dəstəklənməli olduğunu qeyd edib:

"Qarabağda münaqişənin sülh yolu ilə nizamlanması üçün şərtləri yaratmaq qətiyyətinə görə Əliyev və Paşinyanı dəstəkləmək lazımdır".

Putin əlavə edib:

"Bununla əlaqədar, təbii ki, biz hamımız Ermənistanın Baş naziri, cənab Paşinyanı və Azərbaycan Respublikasının Prezidenti cənab Əliyevi regionda vəziyyətin sülh yolu ilə inkişafı üçün vəziyyət yaratdıqlarına, həmçinin erməni və Azərbaycan xalqları arasında uzunmüddətli əlaqələrin qurulması istiqamətində qərar qəbul etmək qətiyyətinə görə dəstəkləməliyik".

Əsas mövzular