Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Koronavirus peyvəndi haqqında məlumat yaymaq üçün xüsusi internet kanalı yaradıldı

© AFP 2023 / MATEJ DIVIZNAВакцина от гриппа, фото из архива
Вакцина от гриппа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
#SputnikV – sosial şəbəkə istifadəçilərini klinik tədqiqatların gedişi, müxtəlif ölkələrdə peyvənd istehsalı və əhalinin vaksinasiya prosesi barədə məlumatlandıracaq.

BAKI, 10 noyabr — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) N.F. Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi ilə birgə Rusiyada istehsal olunmuş koronavirusa qarşı "Sputnik V" peyvəndi haqqında məlumatlandırma kampaniyasına başlayır. Bu barədə RIA Novosti fonda istinadən məlumat yayıb. Kampaniya #SputnikV heşteqi ilə keçiriləcək.

"#SputnikV kanalı sosial şəbəkə istifadəçilərinə klinik tədqiqatların gedişi, müxtəlif ölkələrdə peyvənd istehsalı və əhalinin vaksinasiya prosesi barədə məlumat verəcək. N.F.Qamaleya adına Mərkəzin alimləri peyvəndin yaradılması və bu zaman istifadə olunan texnologiyalar barədə də insanları məlumatlandıracaqlar", – deyə RBİF-nin nümayəndələri bildiriblər.

Во время вакцинации добровольца против COVID-19  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirusa qarşı peyvəndlər effektli olacaqmı? - Sağlamlığımızla zarafat etməyək

Qeyd olunan heşteqlə fəaliyyət göstərəcək kanallar peyvənd haqqında xəbərlər, istehsal olunan vaksinlər və peyvənd olunanların sayı barədə məlumat yayan əsas platformaya çevriləcək. Bundan başqa, "Twitter", "Facebook", "Instagram", "Youtube" kimi kanallar vasitəsilə keçirilən tədbirlər, aparıcı mütəxəssislərdən götürülmüş müsahibələr də bu platformada yayımlanacaq.

Qeyd edək ki, bu ilin avqust ayında Rusiya Səhiyyə Nazirliyi Qamaleya Mərkəzi tərəfindən hazırlanmış və Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə birlikdə istehsal olunan COVID-19-un qarşısının alınması üçün dünyada ilk peyvəndi qeydiyyatdan keçirib. "Sputnik V" adı verilən preparat pasiyentlərə üç həftəlik fasilə ilə iki komponentin tətbiqini nəzərdə tutur.

Bir qədər bundan əvvəl isə Sputnik radiosu, alimlərin digər diaqnozlu xəstələrdə COVID-19-a qarşı antikor aşkar etdikləri barədə məlumat yaymışdı.

Xəbər lenti
0