06:38 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
41 0 0

Bu proses əslində bu ilin aprelində baş tutmalıydı, ancaq «Фрегат-МТ» sürətlənmə blokundakı problem və Kuru kosmodromunun koronavirus səbəbindən bağlanmasına görə təxirə düşmüşdü.

BAKI, 8 noyabr - Sputnik. Dekabrın sonunda Rusiyanın «Союз-СТ-А» raketi Fransa Qvianasındakı Kuru kosmodromundan fəzaya qalxaraq NATO üzvü olan Fransanın CSO-2 hərbi peykini özüylə kosmosa daşıyacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, optik-elektron kəşfiyyat qurğulu raketin startı dekabrın 28-nə planlaşdırılıb.

Bu proses əslində bu ilin aprelində baş tutmalıydı, ancaq «Фрегат-МТ» sürətlənmə blokundakı problem və Kuru kosmodromunun koronavirus səbəbindən bağlanmasına görə təxirə düşmüşdü.

2018-ci ildə Avropada bildirmişdilər ki, 2023-cü ildən etibarən ekvatorial Kuru kosmodromundan «Союз-СТ» daşıyıcı raketinin buraxılmasından imtina edə bilərlər. Çünki Avropada iki yan sürətləndiricisi olan Ariane 6 raketinin hazırlıqları o zamanadək tamamlana bilər.

Teqlər:
daşıyıcı raket, kosmos, hərbi peyk, Fransa, NATO, Rusiya

Əsas mövzular