Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada bir gündə 300-ə yaxın şəxs koronavirusdan öldü

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidГоспиталь COVID-19 в Твери
Госпиталь COVID-19 в Твери - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 48 milyonu keçib, 1,22 milyondan çox adam isə virus səbəbilə ölüb.

BAKI, 5 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 19404 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 292 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1712858-ə çatıb. Rusiyada pandemiya yayılandan 29509 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1279169-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 48 milyonu keçib, 1,22 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0