08:19 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
83 0 0

Kremlin mətbuat xidməti bildirib ki, Putin və Lukaşenko telefon danışığında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemlərini də müzakirə ediblər.

BAKI, 4 noyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemlərini müzakirə ediblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, prezidentlər bugünkü telefon danışığında Rusiya-Belarus müttəfiqlik münasibətlərini daha da gücləndirmək niyyətlərini təsdiqləyiblər.

Tərəflər müxtəlif səviyyələrdə təmasları davam etdirməyin zəruriliyini qeyd ediblər və koronavirusun yayılmasına qarşı mübarizədə əməkdaşlığı yüksək qiymətləndiriblər.

Bu çərçivədə Belarusa Rusiya peyvəndinin tədarükü ilə bağlı razılaşmanın vacibliyini qeyd ediblər.

Kremlin mətbuat xidməti bildirib ki, Putin və Lukaşenko telefon danışığında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemlərini də müzakirə ediblər.

Belarus lideri rusiyalı həmkarına respublikadakı mövcud vəziyyət barədə məlumat verib. Bundan əlavə, tərəflər ticarət-iqtisadi sahədə əməkdaşlığın bir sıra praktik məsələlərini nəzərdən keçiriblər.
Lukaşenko öz növbəsində Putini və bütün Rusiya vətəndaşlarını Milli Birlik Günü münasibətilə təbrik edib.

Teqlər:
Qarabağ, Dağlıq Qarabağ, kreml, Putin, Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Aleksandr Lukaşenko

Əsas mövzular