Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Qarabağ münaqişəsinin həllində Türkiyənin iştirakını şərh etdi

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidПрезидент РФ В. Путин принял участиев работе Инвестиционного форума ВТБ Капитал "Россия зовет!"
Президент РФ В. Путин принял участиев работе Инвестиционного форума ВТБ Капитал Россия зовет! - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti: "İlk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır".

BAKI, 29 oktyabr - Sputnik. "İlk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən deyib.

"Minsk qrupu və həmsədrlər tərəfindən formalaşdırılmış təkliflər əsasında, Minsk qrupunun üzvü olan digər ölkələrin - Türkiyə və bəzi Avropa ölkələri daxil olmaqla orada çox ölkə var - iştirakı ilə konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar”, - deyə Rusiya lideri vurğulayıb.

Xəbər lenti
0