Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şimal qonşumuzda bir gündə 13 mindən çox şəxs koronavirusa yoluxdu

© Sputnik / Maksim Blinov / Mediabanka keçidГоспиталь COVID-19 в Центре мозга и нейротехнологий ФМБА России
Госпиталь COVID-19 в Центре мозга и нейротехнологий ФМБА России - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb.

BAKI, 15 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 13754 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 286 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1354163-ə çatıb. Rusiyada pandemiya yayılandan 23491 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1048097-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 38 milyonu keçib, 1092296 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0