16:27 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
100610

S-500 sifarişçilərinin siyahısı, yəqin ki, uzun olacaq, çünki bu cür hava hücumundan müdafiə sisteminin ölkə ərazisində olması istənilən təcavüzkarı "soyudacaq".

BAKI, 7 oktyabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Hədəfləri 600 kilometrə qədər məsafədə effektiv şəkildə məhv edə bilən S-500 "Prometey" zenit raket sistemi Rusiyada döyüş növbətçiliyinə hələ 2021-ci ildə başlayacaq. Ancaq artıq bu gün bu kompleksin ciddi ixrac potensialı görünür.

S-500 "Prometey" sisteminin sınaqları Rusiya Müdafiə Nazirliyinin poliqonlarında başa çatır. Test atışları raketlərin bütün bəyan edilmiş xüsusiyyətlərini təsdiqləyib, sənaye onların kütləvi istehsalına hazırdır. Sınaq əməliyyatlarından sonra sistemin kütləvi tədarükü də başlayacaq. Xarici sifarişçilərin S-300 və S-400 sistemlərinə olan tələbatı S-500-ün də beynəlxalq bazara uğurlu çıxışını proqnozlaşdırmağa imkan verir.

Amerikanın "Military Watch Magazine" analitik nəşri artıq potensial sifarişçilərin ilk beşliyini müəyyənləşdirib – Əlcəzair, Belarus, Çin, Hindistan və İran. Niyə məhz bu ölkələr? Cavab: ABŞ və bir sıra Qərb ölkələrinin militarizasiyası, NATO-nun keçmiş hərbi əməliyyatlarının təcrübəsi.

Bu cür perspektivlər planetdə bir çox ölkəni (yalnız Rusiya və Çini deyil) narahat edir və hava hücumundan müdafiə sistemlərini gücləndirməyə məcbur edir. Xarici sifarişçilərin Rusiya istehsalı olan S-300, S-400 və S-500 sistemlərinə tələbatı qanunauyğun olaraq artır.

Müstəqilliyin təminatçısı

Əlcəzair soyuq müharibə dövründən bəri Rusiyadan silah sistemləri alır və bu gün ən son hava hücumundan müdafiə (HHM) sistemlərinə – "Pantsir" və bəzi məlumatlara görə, S-400 komplekslərinə malikdir. "Military Watch Magazine" hesab edir ki, əlcəzairli mütəxəssislər Rusiyanın qabaqcıl HHM sistemlərinin əlçatanlığını xüsusilə yüksək qiymətləndiriblər. Eyni zamanda, Qərb beşinci nəsil qırıcı təyyarələrin və hipersəs təyyarələrinin (2020-ci illərin sonunda) aktiv istifadəsinə başlayır. Artan hərbi təhdidləri kompensasiya etmək üçün Əlcəzair obyektiv olaraq Rusiya istehsalı olan S-500 sistemlərinin və Su-57 təyyarələrinin alınmasında maraqlıdır.

Belarusun nisbətən təvazökar müdafiə büdcəsi var – 2020-ci ildə təxminən 623 milyon dollar. Lakin Şərqi Avropada hərbi-siyasi turbulentlik və Belarus sərhədləri yaxınlığında NATO qoşunlarının artan fəallığı nəzərə alınaraq Minsk S-500 sisteminin aşağı qiymətlərlə tədarükünə ümid edə bilər. Belarusun "NATO ərazisi"nin dərinliklərində təyyarələrə və aviasiya vasitələrinə zərbələr endirmək imkanı Rusiyaya də strateji cəhətdən sərf edir.

Çin Rusiyada müasir HHM sistemləri – S-300PMU-2, S-400, həmçinin Su-27 və Su-35 döyüş təyyarələri üçün "hava-hava" tipli R-77 raketlərini ilk alan ölkələrdən olub. Çinli mütəxəssislər bir sıra effektiv hava hücumundan müdafiə vasitələri hazırlayıblar, lakin Rusiya yenə də hava-kosmik müdafiə sistemləri sahəsində dünya liderliyini qoruyub saxlayır. Yaxın kosmosun sərhədində hədəfi vura bilən "Prometey" Çin ordusu üçün şübhəsiz dəyərli olacaq. Pekin yeni nəsil Amerika silah sistemlərinin yaratdığı təhlükələri ciddi qiymətləndirir.

Hindistan onilliklər ərzində Rusiyanın silah sistemlərinin ən böyük sifarişçisi olaraq qalıb. Ölkə S-400 "Triumf" divizionunu alıb (2018-ci ilin müqaviləsinin dəyəri 5 milyard dollardan çoxdur). Nyu-Dehlinin strateji raketlər yaratmaq səyləri S-500 sisteminin yerləşdirilməsi ilə effektiv şəkildə genişləndirilə bilər.

Hindistan Rusiya silahlarını alacağı halda dəfələrlə Amerikanın iqtisadi sanksiyaları ilə üzləşəcəyinə dair təhdidlər eşidib, amma bu, heç vaxt Nyu-Dehlini dayandırmayıb və çətin ki, S-500 "Prometey" sisteminin alınmasına təsir göstərsin.

İran 1988-ci ildə İraqla müharibənin başa çatdığı vaxtdan bəri Sovet və Rusiya HHM sistemlərinə böyük maraq göstərib. İran ordusunun müasirləşdirilmiş S-200, S-300PMU-2 uzaq məsafəli sistemləri var.

Yaxın Şərqdə ABŞ və NATO-nun stels təyyarələrinin sayının artmasını nəzərə alsaq, Tehran S-400 "Triumf" sisteminin potensial sifarişçisi sayılır. Perspektivdə İran ən yeni S-500 "Prometey" sisteminə də maraq göstərə bilər. Xatırladım ki, oktyabrda BMT Təhlükəsizlik Şurasının Tehrana silah satışı üzrə embarqo dövrü başa çatıb və Rusiya – hətta Amerikanın iqtisadi sanksiyaları təhlükəsi altında belə – İran İslam Respublikasına silah satışından imtina etmək niyyətində deyil.

Kosmik imkanlar

S-500 sisteminin analoqu yoxdur ki, bunu yerli və xarici hərbi ekspertlər etiraf edirlər. Qeyd edək ki, "Prometey" sistemi 5 metrdən 60 kilometrə qədər hündürlüklərdə işləyən "Triumf" kompleksini əvəz etmək üçün deyil, strateji hədəflərin ekstremal məsafələrdə (aşağı orbit peyklərin, hipersəs qanadlı raketlərin, qitələrarası ballistik raketlərin, kosmik təyyarələrin, ağır bombardmançıların) vurulması üçün nəzərdə tutulub. S-400 sistemi də daha az hündürlüklərdə və məsafələrdə bu hədəfləri vura bilər, amma eşelonlaşdırılmış (inteqrasiya edilmiş) HHM sistemində "Triumf" daha kiçik və daha az qiymətli obyektlərin – görünməz qırıcıların, taktiki ballistik və qanadlı raketlərin – neytrallaşdırılmasına effektiv xidmət edəcək.

Taktiki-texniki xarakteristikaları S-500-ü kosmik hücumdan müdafiə sistemlərinin birinci nəslinə aid etməyə imkan verir. "Prometey"in 600 kilometrlik vurma radiusu var və o, bu uzaqlıqda saatda 25 min kilometrədək sürətlə uçan 10 supersəs hədəfi (qanadlı və ballistik raketləri) 200 kilometrədək hündürlüklərdə eyni zamanda məhv etməyə qadirdir. Bu, F-22, F-35 və B-2 təyyarələrinin S-500 radarları üçün görünməzliyindən şübhələnən amerikalı mütəxəssisləri çox narahat edir.

Birləşmiş Ştatlar kosmik hücum vasitələrini inkişaf etdirir və gələcəkdə onlardan istifadə edə bilər. Bununla belə, S-500 "Prometey" sistemi Amerika silahlarını texnoloji cəhətdən əhəmiyyətli dərəcədə qabaqlayır. S-500 hədəfləri 600 kilometrə qədər məsafədə vura bilsə də, radarları daha da uzağı "görür". Belə texnologiyalar imkanları daha da genişləndirir.

S-500 sistemi hər şeydən əvvəl bir "qalxan"dır.

Rusiyanın Silahlı Qüvvələri 2021-ci ildə ilk "Prometey"ləri əldə edəcək. S-500, S-400 və S-300 zenit raket sistemləri vahid (inteqrasiya edilmiş) hava-kosmik müdafiə sisteminə daxil olacaq. Bu, Rusiyanı müxtəlif təhdidlərdən qoruyacaq və qonşu ölkələrə və bölgələrə sabitlik gətirəcək. Bundan sonra Moskva yeni müdafiə imkanlarını müttəfiqləri və tərəfdaşları ilə bölüşəcək.

S-500 sifarişçilərinin yuxarıda göstərilən siyahısı yəqin ki, bundan da uzun olacaq. Uzunmənzilli "Prometey" sisteminin xüsusi cəlbediciliyi şübhə doğurmur, çünki bu cür hava hücumundan müdafiə sisteminin ölkə ərazisində olması istənilən təcavüzkarı "soyudacaq".

Əlaqədar

NATO-ya “sevgilərlə” - “İskəndər”ə matros köynəyi geyindirirlər
"Xəzər canavarı"nın dirçəlişi: olmaq, ya da olmamaq
Su-57 qırıcısının "təkmilləşməsi" ABŞ-ı niyə narahat edir
Rusiya istehsalı olan "Pantsir" Amerika PUA-larını vurur
Rusiya ən yeni döyüş təyyarəsini ilk olaraq hansı ölkəyə satacaq?

Əsas mövzular