QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Putin Qarabağdakı döyüşlər barədə: "Bu faciədir. Biz çox narahatıq"

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidПрезидент РФ Владимир Путин, фото из архива
Президент РФ Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya vətəndaşlarının böyük əksəriyyətinin hər iki respublika ilə dostluq, hətta qohumluq əlaqələri var.

BAKI, 7 oktyabr — Sputnik. Ümid edirik ki, ən yaxın zamanda bu münaqişə bitəcək. Əgər bu münaqişə tamam bitməsə, görünən odur ki, buna hələ çox var. Lakin bütün hallarda biz atəşi dayandırmağa çağırırıq. Bunu ən qısa müddətdə etmək lazımdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 24" telekanalına müsahibəsində bildirib.

"Bu faciədir. Biz çox narahatıq. Çünki Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ -, bütün bu ərazidə bizə yad olmayan insanlar yaşayırlar. Demək kifayətdir ki, Rusiyada təxminən 2 milyon azərbaycanlı və 2 milyondan çox erməni yaşayır. Rusiya vətəndaşlarının böyük əksəriyyətinin hər iki respublika ilə dostluq, hətta qohumluq əlaqələri var. Təbii ki, bu böyük faciədir. İnsanlar ölürlər, hər iki tərəfdən xeyli sayda itkilər var", - deyə Putin qeyd edib.

Xəbər lenti
0