23:57 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
1910

Putinin namizədliyi barədə müraciəti Osloda yerləşən Nobel Komitəsinə yazıçı Sergey Komkov sentyabrın 9-da ünvanlayıb.

BAKI, 24 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin 2021-ci ilin Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülüb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Putinin namizədliyi barədə müraciəti Osloda yerləşən Nobel Komitəsinə yazıçı Sergey Komkov sentyabrın 9-da ünvanlayıb.

"Bu gün bu, faktiki olaraq mənim Nobel Sülh Mükafatına irəli sürdüyüm dördüncü namizədlikdir. Ərizə bu il sentyabrın 9-da göndərilib və sentyabrın 10-da Oslodakı Nobel Sülh Komitəsinə, Nobel komitəsinin qərargahına daxil olub", – Komkov mətbuat konfransında bildirib.

Sülh Mükafatı XIX əsrin sonlarında isveçli sənayeçi və ixtiraçı Alfred Nobelin vəsiyyət etdiyi beş mükafatdan biridir. Onu sülhün möhkəmlənməsinə töhfələrə görə şəxsə və ya təşkilata verirlər.

Bundan əvvəl Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatı ilə təltif etməyi nəzərdən keçirməyə çağırıb.

Sputnik Azərbaycan "The Hill" nəşrinə istinadən xəbər verib ki, O'Brayen İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik əlaqələrin qurulmasında Trampın oynadığı rolu buna əsas kimi gətirib. 

"Düşünürəm ki, prezidentin sülhün bərqərar olması üçün etdikləri həqiqətən də təqdirə layiqdir. Prezidentin nəticədə buna görə Nobel mükafatına namizəd olması məni təəccübləndirməyəcək", - O'Brayen deyib.

Əlaqədar

Trampa Nobel mükafatı verməyi təklif ediblər
Niyə məhz Allahşükür Paşazadə - Nobel mükafatının ölkəmizə gəlməsi üçün 2 əsaslı səbəb var
Azərbaycanın Nobel Sülh Mükafatına namizədi təsdiqləndi
Trampa mükafat verilib, amma Nobel deyil
Teqlər:
Nobel sülh mükafatı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Donald Tramp

Əsas mövzular