08:20 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
1910

Elmi işin müəllifləri izah edirlər ki, maddənin əsas terapevtik xüsusiyyəti onun təsirinin universal olmasıdır.

BAKI, 24 sentyabr — Sputnik. Tümen Dövlət Universitetinin (TümDU) alimləri digər rusiyalı həmkarları ilə birlikdə patogenlərin dərman preparatlarına qarşı müqavimətini aradan qaldıran universal təbii antibiotik tapıblar.

Sputnik Azərbaycan xəbər verir ki, tədqiqatın mətni "Applied Biochemistry and Microbiology" jurnalında dərc edilib.

Müəlliflər iddia edirlər ki, tapılmış maddə insanlarda və heyvanlarda bakteriya və göbələklərin səbəb olduğu yoluxucu xəstəliklərin əksəriyyəti ilə effektiv mübarizə aparmağa kömək edəcək.

Alimlərinin sözlərinə görə, farmakologiyanın vəzifələrindən biri antibiotiklərə çoxsaylı (multi-drug resistant, MDR) və ya mütləq (extreme-drug resistant, XDR) müqavimətə malik mikroorqanizmlərə qarşı mübarizə apara biləcək təbii antibiotiklərin tapılmasından ibarətdir.

TümDU tədqiqatçıları dünyada ilk dəfə olaraq "Emericellopsis alkalina" alkalofil miselial göbələkdən alınmış "Emerisillipsin A" peptidinin unikal qabiliyyətini nümayiş etdiriblər. Ekspertlərin sözlərinə görə, bu maddə bakteriyalarda biotəbəqənin əmələ gəlməsi qabiliyyətini boğur və bunun sayəsində bu patogenlərin antibiotiklərə müqavimətini heçə endirir.

Elmi işin müəllifləri izah edirlər ki, öyrənilən maddənin əsas terapevtik xüsusiyyəti onun təsirinin universal olmasıdır. "Emerisillipsin A" qarşısında yalnız MDR və XDR bakteriya formaları deyil, həm də faktiki olaraq istənilən patogen eukariotlar — məsələn, miselial göbələk və maya göbələkləri gücsüzdür.

Tümen Dövlət Universitetinin X-BIO antimikrob müqavimət laboratoriyasının baş elmi işçisi Yevgeni Roqojin bildirib ki, "emerisillipsin A" müxtəlif molekulyar mexanizmlər sayəsində eukariotlara və prokariotlara təsir göstərir.

"Eukariotlar — yəni göbələklər və şiş hüceyrələri – hüceyrə membranın peptid tərəfindən məhv edilməsi sayəsində ölür. Prokariotların virulentliyi isə biotəbəqənin formalaşmasının qarşısını almaq hesabına yatırılır", – Roqojin deyib.

Alimlər qeyd edirlər ki, "emerisilipsin A" şişlərlə, həmçinin hər cür bakterial və göbələk infeksiyalar kimi patologiyalarla mübarizə aparmağa imkan verəcək.

TümDU mütəxəssisləri hesab edirlər ki, "emerisilipsin A" həm müstəqil müalicə vasitəsi, həm də kompleks preparatların elementi kimi perspektivlidir. Terapiya həm inyeksiyalar, həm də zərər görmüş toxumaların birbaşa yerli müalicəsi vasitəsilə həyata keçirilə bilər.

Əlaqədar

Bakı metrosunda yenilik: Ultrabənövşəyi işıqlar vaqonlardakı virusları öldürəcək
Evdə əsas bakteriya mənbəyi məhz bu otaq imiş
Pnevmoniya, qrip, zökəm – infeksiyalardan qorunmaq üçün ...
Adi göbələkdir, amma qanda şəkəri azaldar, mədə florasını bərpa edər
Balın tərkibində antibiotik aşkarlandı, amma...
Teqlər:
bakteriya, göbələk, laboratoriya, kəşf, alimlər, rusiyalı, təbii antibiotik

Əsas mövzular