03:32 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
2920

Onlar su qabında zəhərləyici maddələrin qalıqlarının olduğunu bilirdilərsə, onun xaricə qanunsuz aparılmasına görə Rusiya Cinayət Məcəlləsinin 226.1-ci maddəsi ilə yeddi il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

BAKI, 18 sentyabr — Sputnik. Aleksey Navalnının yaxınları üzərində zəhərləyici maddənin izləri olan su qabını – bu maddənin tərkibinin nə olduğunu bilə-bilə – Rusiyadan çıxarıblarsa, onlar həbs oluna bilərlər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Qribakov, Polyak və tərəfdaşları" vəkillər kollegiyasının rəhbəri Aleksandr Qribakov RİA Novosti ilə müsahibəsində bildirib.

Bir qədər əvvəl Navalnının "Instagram" səhifəsində onun Tomsk şəhərində qaldığı "Xander Hotel" mehmanxanasının nömrəsindəki su qablarında "Noviçok" zəhərləyici maddəsinin tapıldığına dair açıqlama yayılıb. Açıqlamada həmçinin deyilir ki, Navalnının xəstəxanaya yerləşdirilməsindən dərhal sonra vəkil çağırılıb, otaqda tapılan hər şeyin qeydə alınması, təsvir edilməsi və qablaşdırılması başlayıb.

View this post on Instagram

A post shared by Алексей Навальный (@navalny) on

"Proyekt" nəşri isə bildirib ki, su qabını, ola bilsin, Navalnının silahdaşı Mariya Pevçix Almaniyaya aparıb. Bununla yanaşı, Navalnının Berlinə daşınmasını təşkil etmiş "Cinema for Peace" fondunun təsisçisi Yaka Bizil "Bild" nəşrinə deyib ki, su qabı Almaniyanın xilasetmə təyyarəsi vasitəsilə Navalnının qərargah rəhbərinin xahişi ilə aparılıb.

Qribakov iddia edir ki, blogerin yaxınları su qabında zəhərləyici maddələrin qalıqlarının olduğunu bilirdilərsə, onun xaricə qanunsuz aparılmasına görə Rusiya Cinayət Məcəlləsinin 226.1-ci maddəsi ilə yeddi il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

"Lakin belə bir məsuliyyət barədə danışmaq hələ ki tezdir, çünki hələ iş açılmayıb, açıq mənbələrdən bildiyim qədər yalnız istintaq öncəsi araşdırma aparılır", — Qribakov RİA Novosti-yə bildirib.

Bununla yanaşı, hüquqşünas qeyd edib ki, belə bir vacib sübutun Rusiyadan nə üçün çıxarıldığını anlamır.

"Əgər bu su qabında həqiqətən də zəhərləyici maddə var idisə, əgər o, həqiqətən də Rusiya Federasiyasından kənara çıxarılıbsa, ən mühüm sübutun ölkəmizin hüdudlarından kənara çıxarılması qəribə görünür", – o qeyd edib.

Navalnı avqustun 20-də təyyarədə uçarkən özünü pis hiss edib və Omskda xəstəxanaya aparılıb. Araşdırmaların nəticələrinə görə, omsklu həkimlər onun qanında şəkərin kəskin dəyişməsinə səbəb olmuş maddələr mübadiləsi pozğunluğunu əsas diaqnoz kimi göstəriblər. Bunun səbəbi hələ də aydın deyil, amma Omsk həkimlərinin dediyinə görə, onun qanında və sidiyində zəhər tapılmayıb. Bundan sonra Navalnı təyyarə ilə Almaniyaya aparılıb. Almaniyaya hakimiyyəti isə hərbi həkimlərə istinadən bildirib ki, Navalnı "Noviçok" zəhərləyici maddələr qrupuna aid substansiya ilə zəhərlənib.

Moskva Berlin laboratoriyasında aparılan analizlərin nəticələrinə dair daha ətraflı məlumat verilməsini xahiş edib, lakin buna cavab almayıb.

Əlaqədar

Navalnının Rusiyaya qayıtmaq istəyi Almaniyanı çətin vəziyyətə salır
Navalnı nəfəs ala bildiyini deyib: "Çox xoşuma gəldi"
Rus qazından imtinanın altı variantı
"Cəfəngiyyatdır!" – “Noviçok”un yaradıcısı zəhərin yeni növünü istisna edir
Rusiya Berlinin Navalnı ilə bağlı vəziyyətə yanaşmasını “qeyri-konstruktiv” sayır
Alman siyasətçi Navalnının zəhərlənməsinin kimə fayda gətirdiyini izah edib
Teqlər:
həbs, qohumlar, qohum, sərhəd, dəlil, zəhərli maddələr, Rusiya, Aleksey Navalni

Əsas mövzular