13:23 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
18 0 0

Yefremovun kamera yoldaşlarından birini korrupsiyada, digərini narkotik satışında ittiham edirlər. Artist deyib ki, onlar “yaxşı” adamlardır

BAKI, 13 sentyabr — Sputnik.  Səkkiz il həbs cəzası alan aktyor Mixail Yefremov hüquq müdafiəçiləri ilə görüşündə deyib ki, hətta həbsxanada da səhnədən ayrılmaq fikrində deyil.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, artist səhnəsi olan istintaq təcridxanasına salınıb. Qeyd olunur ki, bu, Rusiyada yeganə belə təcridxanadır.

İctimai Müşahidə Komissiyasının üzvü Marina Litvinoviç Yefremovla görüşdən sonra bildirib ki, aktyor şəraitdən razıdır.

“Səhər yeməyinə yulaf sıyığı veriblər. Aktyor deyib ki, böyük məmnuniyyətlə hamısını yeyib. Axşam kamera yoldaşları ilə futbola baxıblar. Bir sözlə, adi həyat”, - Litvinoviç aktyorun durumunu anladıb.

Yefremovun kamera yoldaşlarından birini korrupsiyada, digərini narkotik satışında ittiham edirlər. Artist deyib ki, onlar “yaxşı” adamlardır.

Rusiyanın əməkdar artisti Mixail Yefremov iyunun 8-də avtomobil qəzası törədib. Qarşı şəridə keçərək yük maşını ilə toqquşub və nəticədə yük maşınının sürücüsü xəstəxanada keçinib.

 

Əlaqədar

Məşhur rusiyalı aktyor ölümlə nəticələnən qəza törədib - VİDEO
Zirəddin Rzayev məşhur aktyorun gələcəyi ilə bağlı gördüklərindən danışdı
Məşhur aktyorun məhkəməsi üçün bilet təklif etdilər
Teqlər:
həbsxana, səhnə, həbs, aktyor, Mixail Yefremov

Əsas mövzular