Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Belarusdakı hadisələr Rusiyaya qarşı deyil" – Tixanovskaya

© AFP 2023 / PETRAS MALUKASСветлана Тихановская, фото из архива
Светлана Тихановская, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gün Belarus Prezidenti Aleksandr Lukaşenko etiraf edib ki, ola bilsin ki, o, öz postunda "bir qədər artıq oturub"

BAKI, 9 sentyabr — Sputnik. Belarusda prezidentliyə sabiq namizəd Svetlana Tixanovskaya bəyan edib ki, respublikada davam edən etirazlar Rusiyaya qarşı yönəlməyib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tixanovskaya özünə məxsus "Pul Pervoy" telegram kanalında yazıb.

"Heç bir mərhələdə bu, Rusiyaya qarşı mübarizə olmayıb və əminəm ki, belə olmayacaq", - deyə Tixanovskaya qeyd edib.

Qeyd edək ki, ötən gün Belarus Prezidenti Aleksandr Lukaşenko etiraf edib ki, ola bilsin ki, o, öz postunda "bir qədər artıq oturub".

"Bəli, ola bilsin ki, mən bir qədər artıq oturmuşam. Ola bilsin ki, məni yalnız televizorda deyil, həm də ütü və dəm çaydanında göstərirlər. Bəli. Lakin həqiqətən hazırda ancaq mən Belarusu müdafiə edə bilərəm", - deyə Lukaşenko Rusiya KİV-lərinin nümayəndələrinə müsahibəsində qeyd edib.

Qeyd edək ki, Belarusda bir aya yaxın müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

Xəbər lenti
0