Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"The Lancet" Rusiyanın COVID-19 vaksininin araşdırmalarının nəticələrini nəşr edəcək

© © Handout / Russian Direct Investment Fund / AFPВакцина от коронавируса, фото из архива
Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qamaleya Mərkəzindən peyvəndi yaratmış mütəxəssislər, eləcə də Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun baş direktoru məqalədə hansı məlumatların verildiyi və onun nəşrinin dünya elmi ictimaiyyətinə nə üçün vacib olduğu barədə Sputnik-ə danışıblar.

BAKI, 4 sentyabr — Sputnik. COVID-19 əleyhinə "Sputnik V" vaksininin Rusiyada qeydiyyatdan keçməsindən heç bir ay tamam olmamış dünyanın ən nüfuzlu elmi jurnalı "The Lancet" bu gün klinik tədqiqatların ilk iki mərhələsinin nəticələrini dərc edəcək.

Nəşr olunacaq məqalə xarici ekspertlərin tənqidinə cavab verir və bir məsələyə çoxdan gözlənilən aydınlıq gətirir: Rusiya alimləri tərəfindən hazırlanmış və dünyada koronavirus əleyhinə qeydiyyatdan keçmiş ilk peyvənd xəstəliklə mübarizədə effektiv olmaqla yanaşı, həm də istifadə üçün təhlükəsizdir.

Nəşrlər seriyası

"The Lancet" vaksinin sınaqlarının birinci və ikinci mərhələlərinin nəticələrini dərc edəcək. Peyvəndi yaratmış Qamaleya Mərkəzinin mütəxəssisləri əmin edirlər ki, bu, "Sputnik V" haqqında elmi jurnallarda bir sıra məqalələrin nəşr edilməsinə doğru ilk addım olacaq.

Qamaleya Mərkəzindən bildiriblər ki, primatlar, Suriya dağsiçanı, transgen siçanlar üzərində peyvəndin tam tədqiqatı sentyabrda dərc ediləcək. Bu tədqiqatlarda vaksin 100 faizlik qoruyucu effekt göstərib (primatlarda və Suriya dağsiçanında nəticələr kliniki tədqiqatlar aparılana qədər əldə edilib).

"40 min könüllünün iştirakı ilə artıq başlamış post-qeydiyyat klinik tədqiqatlar üzrə ilk nəticələr oktyabr-noyabr aylarında dərc ediləcək", - Qamaleya Mərkəzində bildiriblər.

Təhlükəsizliyi təsdiq edilmiş peyvənd

Qamaleya Mərkəzinin mütəxəssislərinin elmi məqalədə qeyd etdiyi əsas tapıntılardan biri də "Sputnik V" vaksininin təhlükəsizliyidir. Klinik tədqiqatların birinci və ikinci mərhələlərinin nəticələrinə əsasən mütəxəssislər qiymətləndirilən meyarlar üzrə peyvəndin heç bir ciddi arzuolunmaz təsirini aşkar etməyiblər.

Uzunmüddətli immunitet

"The Lancet" jurnalındakı nəşrdə həmçinin "Sputnik V" vaksininin effektivliyinə dair elmi sübutlar təqdim edilib.

Məsələn, onun iki mərhələdə verilməsi sayəsində peyvənd edilmiş şəxslərin hamısında koronavirusa qarşı uzunmüddətli immun cavabı yarandığına dair sübutlar dərc ediləcək.

Unikal iki vektorlu texnologiya

Akademik Aleksandr Gintsburqun dediyinə görə, "Sputnik V" vaksininin unikal xüsusiyyəti onun iki ayrı peyvəndində iki fərqli adenovirusdan (serotip 5 və 26) istifadə edilməsidir. Bu gün ikiqat peyvəndləmə bir çox ekspertlər tərəfindən koronavirusa qarşı immuniteti əhəmiyyətli dərəcədə gücləndirə biləcək faktor kimi tanınır. Bununla belə, ikiqat peyvəndləmədə eyni vektordan istifadə edildikdə immunitet sistemi müdafiə mexanizmlərini işə salır və ikinci inyeksiyada immunitet dərmanı rədd etməyə başlayır. "Sputnik V" peyvəndinin ikinci vektorunun tətbiqi bu problemi tamamilə həll edir və təsvir edilən neytrallaşdırıcı təsirdən qaçmağa kömək edir.

"The Lancet" jurnalının nəşri "son cavabdır"

Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun Baş direktoru Kirill Dmitriyev bildirib ki, aparılmış klinik sınaqların nəticələrinin "The Lancet" jurnalında nəşri vaksininin bu ilin avqustunda qeydiyyatından sonra "Rusiyaya yönəldilmiş suallara yekun cavabdır".

Xəbər lenti
0