19:27 19 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
2810

Biz Vaşinqton, Moskva və Vyanada keçirilən danışıqlar zamanı Rusiya tərəfinə öz mövqeyimizi çatdırdıq

BAKI, 3 sentyabr — Sputnik. Əgər Moskva güc yolu ilə Belarusdakı vəziyyətə müdaxilə etsə, onda Rusiya və ABŞ arasında münasibətlər pisləşəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Asiya işləri üzrə köməkçisinin müavini Corc Kent bildirib.

"Biz Vaşinqton, Moskva və Vyanada keçirilən danışıqlar zamanı Rusiya tərəfinə öz mövqeyimizi çatdırdıq. Əgər onlar düşünürlərsə ki, ABŞ-Rusiya münasibətləri son dörd ildə çətin olub, bundan sonra daha da pis ola bilər", - deyə diplomat qeyd edib.

Kent əlavə edib ki, Belarusdakı vəziyyət Şərq və Qərb və ya ABŞ və Rusiya arasında geosiyasi yarış deyil: "Bu, ölkə rəhbərliyi və vətəndaşlarının həll etməli olduğu problemdir. Yeganə vasitəçi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ola bilər".

Qeyd edək ki, Belarusda üç həftədən artıq müddətdir ki, avqustun 9-u prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkidə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

 

Əsas mövzular