19:34 15 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
RUSİYA
Qısa URL
1601

Prezident qeyd edib ki, Belarus hakimiyyəti ATƏT nümayəndələrini müşahidəçi kimi seçkilərə dəvət edib, amma onlar gəlməyiblər.

BAKI, 29 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin jurnalist Sergey Brilyova müsahibəsində bildirib ki, Rusiya Belarusdakı prezident seçkilərinin legitimliyini tanıyır.

Sputnik Azərbaycan xəbər verir ki, müsahibənin fraqmentləri "Rusiya 1" telekanalında nümayiş etdirilib.

Prezident qeyd edib ki, Belarus hakimiyyəti ATƏT nümayəndələrini müşahidəçi kimi seçkilərə dəvət edib, amma onlar gəlməyiblər. Onun sözlərinə görə, bu, belə bir fikir yaradır ki, seçkilərin nəticələrinə dair mövqe əvvəlcədən hazırlanıb.

"Ona görə də biz seçkilərin keçirildiyini əsas götürürük. Mən dərhal bunu etdim, biz seçkilərin legitimliyini tanıdıq. Və bildiyiniz kimi, mən Aleksandr Qriqoryeviç Lukaşenkonu bu seçkilərdə qələbə qazanması münasibətilə təbrik etdim. Vəssalam".

Əsas mövzular