22:42 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
20 0 0

Ağ Ev Rusiyanı Suriyada münaqişələrin qarşısının alınmasına dair protokolları pozmaqda ittiham edib. Sputnik radiosunun efirində "Rusiyanın Zabitləri" ekspert şurasının üzvü, hərbi politoloq Aleksandr Perenciyev vəziyyəti şərh edib.

BAKI, 28 avqust — Sputnik. ABŞ Rusiya hərbçilərini Suriyada amerikalıların xəsarət aldığı yol-nəqliyyat hadisəsini törətməkdə ittiham edib.

"Rusiya avtomobili Suriyanın şimal-şərqində (ABŞ-ın başcılıq etdiyi – red.) koalisiyanın zirehli avtomobilinə çırpılıb ki, bu da maşında olan heyət üzvlərinin yaralanmasına səbəb olub", – Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Ulliotun bəyanatında deyilir.

Onun sözlərinə görə, münaqişənin qarşısını almaq üçün Amerikanın zirehli avtomobili hadisə yerini tərk edib.

Vaşinqtonda bəyan ediblər ki, "belə təhlükəli və qeyri-peşəkar hərəkətlər" münaqişələrin qarşısının alınmasına dair Rusiya-Amerika razılaşmasına ziddir.

Ulliot əlavə edib ki, ABŞ eskalasiya istəmir, amma "düşməncəsinə hərəkətlərdən özünümüdafiə hüququ" var.

Rusiya tərəfi bu ittihamları rədd edib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, beynəlxalq koalisiyaya Suriyada Rusiya patrulunun keçəcəyi barədə əvvəlcədən xəbərdarlıq edilib.

Buna baxmayaraq, ABŞ hərbçiləri Rusiya patrulunun qarşısını almağa cəhd göstəriblər.

"Buna cavab olaraq Rusiya Silahlı Qüvvələrinin hərbi polisi insidentin qarşısını almaq və qarşıya qoyulmuş vəzifəni yerinə yetirmək üçün lazımı tədbirlər görüb", – Müdafiə Nazirliyindən məlumat verilib.

Sputnik radiosunun efirində "Rusiyanın Zabitləri" ekspert şurasının üzvü, dosent, hərbi politoloq Aleksandr Perenciyev bildirib ki, Amerika tərəfinin müəyyən bir təcrübəsi var: əks tərəfi törətmədiyi əməllərdə günahlandırmaq.

"ABŞ ümumilikdə hiyləgər taktika seçib: onlar özləri bu və ya digər müqavilələri, razılaşmaları pozurlar və dərhal Rusiyanı onları pozmaqda ittiham edirlər. Yəni, burada "ən yaxşı müdafiə hücumdur" prinsipi tətbiq olunur. Onlar istəyirlər ki, biz özümüzə bəraət qazandıraq: "ruslar özlərinə bəraət qazandırsınlar, biz isə bundan sonra da razılaşmaları pozacağıq, ruslar günahkar olacaqlar, biz isə günahsız". Bu, çox hiyləgər taktikadır. Bunu ifşa etmək lazımdır. Rusiya tərəfini günahlandırdıqları hallarda məhz onlar özləri günahkar olurlar", - Perenciyev bildirib.

Əsas mövzular