00:40 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
43 0 0

Xmeymim beş il ərzində bir neçə anqar və terminalı olan kiçik bir aerodromdan küçələri və meydanları olan əsl şəhərə çevrilib. Küçələr hətta Suriya əməliyyatının qəhrəmanlarının və ya məşhur hərbi komandirlərin adını daşıyır

BAKI, 28 avqust — Sputnik, Nikolay Protopopov. Hava hücumundan müdafiə sistemləri, bir neçə mühafizə perimetri, müasir texniki qurğular və təchiz edilmiş hərbi şəhərcik — Rusiya pilotları artıq beş ildir ki, Suriyadakı Xmeymim aviabazasında yerləşiblər. Bu müddət ərzində bu aviabaza nümunəvi olub: xarici ölkələr bu cür obyektlərin tikintisində Rusiya Müdafiə Nazirliyinin təcrübəsinə əsaslanırlar. Bu yaxınlarda Dəməşq Moskvaya hərbi qulluqçuların sağlamlıq mərkəzi üçün əlavə səkkiz hektar torpaq sahəsi vəd edib. Xmeymimin necə dəyişdiyi və onun perspektivləri barədə RİA Novosti-nin materialında.

Çölün düz ortasında

Rusiyanın ən iri xarici aviabazasının inşası 2015-ci ildə – Aerokosmik Qüvvələr qrupunun İŞİD terrorçuları ilə müharibədə hökumət qüvvələrini dəstəkləməsi üçün Suriyaya göndərilməsi ilə başlayıb. Latakiya şəhərindən 25 kilometr aralıda yerləşən Basil Əl-Əsəd adına beynəlxalq hava limanı baza üçün əsas rolunu oynayıb.

Mülki aerodromu döyüş təyyarələri üçün uyğunlaşdırmaq üçün yeni infrastruktur yaradılmalı, aerodromun texniki avadanlıqları quraşdırılmalı, hərbçilər üçün yaşayış yerləri tikilməli idi.

Suriyaya ümumilikdə bir neçə yüz min ton müxtəlif yük gətirildi. Əməliyyatın ilkin mərhələsində əməliyyat qrupuna təxminən 50 döyüş maşını — Su-25 hücum təyyarələri, Su-24 və Su-34 bombardmançıları, Su-30SM qırıcıları, Mi-24 və Mi-8AMTŞ vertolyotları daxil idi. Bundan başqa, onlarla yanacaqdoldurma məntəqəsi operativ şəkildə Xmeymimə gətirildi.

Pilotları və texniki heyəti bir-iki və ya dörd nəfərlik KİMB adlanan kiçik modul vaqonlarda yerləşdirdilər. Bu vaqonlar əslində məişət şəraiti, kondisionerləri və su kəməri olan metal konteynerlərdir. Yaxınlıqda mobil çörəkxanalar, paltarların yuyulması və ütülənməsi üçün otaqlar, saatda 10 nəfər ötürücülük qabiliyyəti olan hamamlar quraşdırıldı. Bir qədər sonra yeməkxanalar, klublar, idman meydançaları və hətta aviabazanın tarixinə həsr olunmuş mini muzey yaradıldı.

"Burada faktiki olaraq sadəcə aerodrom və hava hərəkətini idarəetmə xidməti var idi. Kiçik gəliş-gediş zalı saxlanılıb, lakin o, daha çox köməkçi rol oynayır", – Rusiyanın Hərbi-Sənaye Komissiyasının Məsləhət Şurasının eksperti Viktor Muraxovski RİA Novosti ilə söhbətində deyib.

O əlavə edib: "Əsas qurğular yenidən tikilib. Uçuş-enmə zolağı təmir edilib və genişləndirilib. İndi aerodrom strateji aviasiya da daxil olmaqla ağır sinfə aid təyyarələri qəbul etməyə qadirdir. Xmeymimdən dünyanın digər regionlarına, məsələn, Afrikaya uçuşlar üçün aralıq bənd kimi istifadə edilməsi də az əhəmiyyət kəsb etmir".

Alınmaz qala

Obyektin təhlükəsizliyinə xüsusi diqqət yetirilib. Suriyaya uzaqmənzilli S-400 zenit raket sistemləri, Tor-M2 kompleksləri və "Pantsir-S1" zenit raket-top kompleksləri göndərilib. Bazanın hava hücumundan müdafiə sistemləri 20 kilometrdən 250 kilometrə qədər uzaqlıqda bütün növ hava hədəflərini məhv edə bilir.

"Xmeymimdə eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemi yaradılıb. Müxtəlif mənzilli və müxtəlif tipli vasitələr istifadə olunur. S-400 zenit raket sistemləri, Tor kompleksləri və "Pantsir" zenit raket-top kompleksləri daima döyüş növbətçiliyini çəkir. Bundan əlavə, ZU-23 zenit artilleriya qurğuları da var. Kəşfiyyata, tuşlamaya və hədəfin göstərilməsinə istənilən hava hədəflərini, o cümlədən kiçik pilotsuz təyyarələri, reaktiv mərmiləri, kustar üsulla istehsal olunmuş mərmiləri aşkar edə bilən radiolokasiya stansiyaları cavab verir", — Muraxovski izah edir.

Aviabazanın mühafizə sistemində iki perimetr var. Xarici perimetrə Suriya ordusunun döyüşçüləri ilə birlikdə Rusiya hərbçiləri nəzarət edirlər. Daxili perimetrə əcnəbilər buraxılmırlar.

Pilotsuz aviasiya da təhlükəsizliyi təmin edir: Xmeymim üzərində havada eyni vaxtda və gecə-gündüz təxminən 10 ədəd pilotsuz aparat uçur.

Xarici dünya ilə rabitə radiostansiyalardan tutmuş vahid sistemdə inteqrasiya olunmuş peyk komplekslərinə qədər vasitələrlə dəstəklənir.

Suriya kurortu

Aviabazanın təchizatı üçün Suriyaya yükləri dəniz və hava yolu ilə aparıblar – gəmilər və nəqliyyat təyyarələri bir neçə ay yol gedib. İşlər şiddətli vətəndaş müharibəsi və ağır iqlim şəraitində aparılsa da, rusiyalı mütəxəssislər qısa müddət ərzində dünyanın ən müasir və yaxşı müdafiə olunmuş hərbi obyektlərindən birini tikə biliblər.

Bu gün aviabaza Tu-22M3 uzaqmənzilli bombardmançıları, Tu-95 və Tu-160 strateji raket daşıyıcıları da daxil olmaqla istənilən növ təyyarəni qəbul etməyə hazırdır. Ekspertlərin fikrincə, Xmeymim daha çox təyyarəni qəbul edə və döyüşə hazırlaya bilər.

Arxa cəbhədə təminat baxımından rusiyalı hərbçilər üçün kifayət qədər rahat şərait yaradılıb. Onlar əsasən idxal olunan məhsullarla qidalanırlar, amma ciddi sanitariya nəzarəti altında rasiona yerli ərzaqlar da əlavə edilir.

Suriya hökumətinin ayırdığı yeni torpaq sahəsi ilk növbədə tibbi sağlamlıq kompleksinin tikintisi üçün nəzərdə tutulub.

"Yəqin ki, mərkəzdən yalnız Suriyada xidməti ezamiyyətdə olan hərbçilər deyil, ümumiyyətlə Rusiya Silahlı Qüvvələri istifadə edəcək. Məlumdur ki, xarici kurortlar hərbçilərimiz üçün bağlıdır. Suriyanın Latakiya sahili isə cənnət yerdir. Bura hətta Ərəb Əmirliklərindən də gəlirlər. Yerlilər, çətin ki, bu kompleksi ziyarət etsinlər, onların onsuz da dənizdə istirahət üçün bütün imkanları var", – Muraxovski qeyd edir.

Nə olursa-olsun, Xmeymim beş il ərzində bir neçə anqar və terminalı olan kiçik bir aerodromdan küçələri və meydanları olan əsl şəhərə çevrilib. Küçələr Suriya əməliyyatının qəhrəmanlarının və ya məşhur hərbi komandirlərin – General Valeri Asapovun, Suriyada həlak olmuş təyyarəçilər Oleq Peşkovun və Roman Filipovun, SSRİ qəhrəmanı ordu generalı Vasili Margelovun adını daşıyır.

Əlaqədar

Politoloq: “Suriya ilə bağlı görüşdə müəyyən razılıqlar əldə olunacaq”
Əlac Trampa qalıb - Baydenin prezident seçilməsinin dəhşətli nəticələri açıqlanıb
Qaz kəmərinin partlaması bütün Suriyanı işıqsız qoydu – VİDEO
Generalın həlak olmasının videogörüntüləri yayılıb
İnsanlar kimə lazımdır? Rusiya gələcək robot ordusunun avanqardını yaradıb

Əsas mövzular