07:18 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
2510

Rusiya Prezidenti bildirib ki, Rusiya Belarusun bütün problemlərinin sülh yolu ilə həll edilməsini əsas tutur

BAKI, 27 avqust — Sputnik. Rusiya Belarusla ən sıx əməkdaşlığa və qohumluq əlaqələrinə malikdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində bildirib.

"Biz, şübhəsiz ki, orada baş verənlərə biganə deyilik. Bu, bizə çox yaxın, bəlkə də ən yaxın ölkədir. Həm etnik cəhətdən, həm dil baxımından, həm mədəni, mənəvi, istənilən cəhətdən ən yaxın ölkədir. Bizim onlarla, bəlkə də yüz minlərlə, milyonlarla birbaşa qohumluq əlaqələrimiz var. Sənayedə sıx əməkdaşlığımız var", - o deyib.

Putin həmçinin bildirib ki, Rusiya Belarusun bütün problemlərinin sülh yolu ilə həll edilməsini əsas tutur: “Belarusda Rusiya qüvvələrinə hələlik ehtiyac yoxdur. Ümid edirəm ki, olmayacaq da. Bununla həm Moskvada, həm də Minskdə razıdırlar”.

“Rusiyanın təhlükəsizlik sahəsində Belarus qarşısında öhdəlikləri var, Lukaşenko bu məsələni qaldırmışdı”, - o  vurğulayıb.

V.Putin bildirib ki, Belarus üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət ehtiyat hazırlanıb.

Rusiya liderinin fikrincə, respublikadakı vəziyyət sabitləşir, güc strukturları isə özlərini kifayət qədər təmkinli aparırlar. O, Moskvanın baş verənlərə avropalılardan və amerikalılardan daha neytral reaksiya verdiyini də deyib.

Əsas mövzular