06:00 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
705 0 0

"Yataqdan qalxanda sərxoş kimi kənara yıxılırdım. İybilməni də itirmişdim. Birinci dəfə bu simptom yox idi. Mənim vəziyyətim çox pis idi", – qadın etiraf edib.

BAKI, 25 avqust — Sputnik. Koronavirusa ikinci dəfə yoluxmuş qadın xəstəliyin gedişindən danışıb.

Sputnik Azərbaycan "Moskovski Komsomolets" qəzetinə istinadən xəbər verir ki, xəstəyə COVID-19 diaqnozu birinci dəfə apreldə qoyulub. O, yüngül nasazlıq hiss edib, temperaturu 37 dərəcədən bir qədər çox olub və bütün bunlar quru öskürəklə müşayiət olunub. Bununla yanaşı, kompüter tomoqrafiyasının köməyi ilə xarakterik "buzlu şüşə" — ağciyərlərdə kiçik zədə ocağı aşkar edilib.

Qadın xəstəliyin xüsusi ağırlaşma olmadan davam etdiyini qeyd edib.

Sağaldıqdan üç ay sonra qadın Soçiyə ezamiyyətə gedib və qayıtdıqdan sonra onun vəziyyəti pisləşib.

"Ezamiyyətdən sonra beş gün süst idim, udqunmaq ağrı verirdi, qulaqlarım ağrıyırdı. Öskürək yox idi. Hər şeyi ümumi yorğunluğun ayağına yazırdım. Ancaq mən fikirləşə bilməzdim ki, köhnə xəstəlik qayıdıb. Ezamiyyətdən sonra altıncı gecə əsl cəhənnəm başladı", – qadın deyib.

Xəstə deyir ki, temperaturu 39 dərəcəyə yüksəlib.

"Yataqdan qalxanda sərxoş kimi kənara yıxılırdım. İybilməni də itirmişdim. Birinci dəfə bu simptom yox idi. Mənim vəziyyətim çox pis idi", – qadın etiraf edib.

Üç gün sonra onun vəziyyəti yaxşılaşıb, amma koronavirus testləri yenidən müsbət nəticə verib.

Ümumdünya Səhiyyə Təşkilatı təkrar yoluxma hallarını istisna etmir. Eyni zamanda ÜST qeyd edir ki, bu, nadir hallarda olur.

Əsas mövzular