Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Məşhur aktyorun məhkəməsi üçün bilet təklif etdilər

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidАктёр Михаил Ефремов, фото из архива
Актёр Михаил Ефремов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bublikin ortasındakı deşiyi satmaq, yaxud Saturndakı mənzili kirayə vermək olmaz" - Yefremovun məhkəməsinə bilet satışının qarşısının alınmasını sayt rəhbəri belə izah edib

BAKI, 25 avqust — Sputnik. Ölümcül qəza törətməkdə təqsirləndirilən Rusiyanın Əməkdar artisti Mixail Yefremovun məhkəməsinə onlayn bilet təklif edilib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, elan "Avito" saytında "Biletlər və Səyahət" bölməsində yayımlanıb.

İzabella adlı şəxs məhkəmədə iştirak etmək istəyənlərə 500 min rubla (11 400 AZN) birinci cərgəni təklif edib.

O, sözügedən saytda indiyə qədər köhnə əşyaların satılması üçün 110 reklam yerləşdirib.

Alıcılardan biri qadında heç bir biletin olmadığını qeyd edib.

Bir müddət sonra "Avito" saytı bu cür bilet satışını "hayp" adlandıraraq, onu ləğv edib. 

"O elanı özümüz blok etdik. Bizim konkret qaydamız var və o belə səslənir: konkret mövcud olan və istehlak dəyəri olan məhsul barədə elan verin. Məsələn, bublikin ortasındakı deşiyi satmaq, yaxud Saturndakı mənzili kirayə vermək olmaz. Biz özümüz də anlayırıq ki, adekvat dəyəri olmayan məhsullar var. Moderasiya düzgün qərar qəbul edib", - şirkətin mətbuat katibi Nikita Devyatov deyib.   

Qeyd edək ki, Rusiyanın Əməkdar artisti Mixail Yefremov "yeni" vəkilinin kimliyini müəyyənləşdirib. Bildirilir ki, o yenidən azərbaycanlı köhnə vəkili Elman Paşayevi seçib.

Hüquq müdafiəçisinin özü bu məlumatı təsdiqləyib. Tərəflər yeni müqavilə imzalayıblar.

Ölümcül qəza ilə bağlı növbəti məhkəmə iclası avqustun 31-nə təyin olunub.

Xatırladaq ki, M.Yefremov iyunun 8-də Moskvanın mərkəzində qəza törədib. Onun maşını qarşıdakı zolağa çıxıb və mikroavtobusa çırpılıb. Sürücü Sergey Zaxarov qan itkisi səbəbindən xəstəxanada ölüb. Sənətçinin özü xəsarət almayıb.

Yefremov yenidən Paşayevlə müqavilə bağlayıb.

Xəbər lenti
0