13:15 19 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
1110

Xəstəxanada aparılan tədqiqatların nəticələrinə görə həkimlər Navalnıda insultun, infarktın və ya infeksiyaların, o cümlədən koronavirusun əlamətlərini tapmayıblar.

BAKI, 21 avqust — Sputnik. Aleksey Navalnının orqanizmində yalnız pasiyent üçün deyil, ətrafdakılar üçün də təhlükəli olan zəhər tapılıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) direktoru İvan Jdanov bildirib.

Jdanov bu iddianı nəqliyyat polisi əməkdaşına istinadən səsləndirib. FBK-da hesab edirlər ki, onların rəhbərini zəhərləməyə çalışıblar.

Xəstəxanada aparılan tədqiqatların nəticələrinə görə həkimlər Navalnıda insultun, infarktın və ya infeksiyaların, o cümlədən koronavirusun əlamətlərini tapmayıblar.

Bu arada Navalnının mətbuat katibi Kira Yarmış bildirib ki, həkimlər onun nəql edilməsinin mümkün olmadığını hesab edir.

Bu qərar Moskvanın Burdenko və Piroqov mərkəzlərinin mütəxəssislərin iştirakı ilə keçirilmiş konsiliumda qəbul edilib.

Navalnı 1 saylı Omsk Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsindədir. Tomskdan Moskvaya uçan təyyarədə onun halı pisləşib və təyyarə təcili olaraq Omsk şəhərində eniş edib.

Omsk xəstəxanasının Baş həkimi Aleksandr Muraxovski bildirib ki, xəstənin vəziyyəti yaxşılaşıb, lakin stabil deyil və nəql edilməsi üçün tam stabilliyə nail olmaq lazımdır.

O, əlavə edib ki, beş mümkün diaqnoz nəzərdən keçirilir, lakin onları açıqlamaq mümkün deyil. Araşdırmalar davam edir, ilkin məlumatlara görə, vəziyyəti aydınlaşdırmaq üçün daha iki gün vaxt tələb olunacaq.

Bu arada Muraxovskinin müavini Anatoli Kaliniçenko deyib ki, Navalnının qanında və sidiyində zəhər və ya onun izləri aşkarlanmayıb.

Əsas mövzular