01:24 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
33810

Qamaleya Mərkəzinin Direktor müavini Denis Loqunov Rusiyanın COVID-19 peyvəndi haqqında Sputnik-ə danışıb

BAKI, 20 avqust — Sputnik. Qamaleya Mərkəzinin Direktor müavini Denis Loqunov Rusiyanın COVID-19-a qarşı yeni peyvəndinin qeydiyyat proseduru, sınaqların nəticələri və əhalinin peyvəndlənməsi planları barədə Sputnik-ə danışıb.

- Ötən bazar günü siz kliniki sınaqların nəticələrini Səhiyyə Nazirliyinə ötürmüsünüz. Nəticələr hələ dərc edilməyib. Bu araşdırmaların əsas nəticələri barədə deyərdiniz.

- Biz peyvəndin klinika öncəsi tam təhlükəsizlik və effektivlik araşdırmasını, sonra isə iki kliniki sınaq həyata keçirdik. Sınaqlar zamanı peyvənd təhlükəsizlik və immunogen göstəricilərə görə sağlam könüllülərin cəlb olunması ilə öyrənilirdi. Bu araşdırmaların nəticələrinə əsasən, peyvənd yaxşı təhlükəsizlik profili və yüksək immunogenlik göstərdi.

Peyvəndin həm quru, həm də maye forması tətbiq olunduqda bizim peyvəndə immunlaşdırılmış bütün könüllülərdə virusu neytrallaşdıran anticisimlər aşkar edildi. Həmçinin hüceyrənin immun cavabının müxtəlif göstəriciləri, o cümlədən, virus əleyhinə immunitetin vacib parametri olan sitotoksik limfositlər təhlil edildi.

Koronavirusа qarşı peyvənd, arxiv şəkli
© Handout / Russian Direct Investment Fund / AFP
Rusiyanın COVID-19 peyvəndi

Virusa yoluxmuş hüceyrələri orqanizmdən çıxaran sitotoksik limfositlər bütün peyvəndlənmiş könüllülərdə aşkar edildi. Beləliklə, immunogenlik üzrə biz çox yaxşı nəticələr əldə etdik.

Təhlükəsizliyə dair: hərarət və daxil edilmə yerində ağrı kimi gözlənilən arzuolunmaz hallar heç də bütün könüllülərdə müşahidə edilmədi. Lakin bu konkret rəqəmlər yaxın günlərdə dərc olunacaq.

- Sınaqların birinci və ikinci fazasında neçə nəfər iştirak etdi?

- Hər bir fazada 38, ümumilikdə 76 nəfər iştiak etdi. İki protokolun fərqi onda idi ki, peyvənd eyni olsa da, aqreqat forması müxtəlif idi.

- Yaş etibarilə iştirakçılar arasında fərq necə idi?

- Hər iki faza üçün könüllülər 18-60 yaş arasında idilər.

- Mətbuatda tez-tez belə bir iddia təkrar olunur ki, etibarlı peyvəndin yaradılmasına ən azı 1,5 il lazımdır. İzah edə bilərsiniz, N.F.Qamaleya adına mərkəzin alimləri qısa müddətdə, 5-6 aya peyvəndi necə yarada bildilər?

- Bizim "sıfırdan" qısa müddətə peyvənd yaratdığımızı demək düzgün deyil. Adenovirus vektorlar texnologiyasının hazırlanma anından onun praktikada tətbiqi məqamınadək 40 il keçib.

Koronavirusа qarşı peyvənd, arxiv şəkli
© Handout / Russian Direct Investment Fund / AFP
Rusiyanın COVID-19 peyvəndi

2015-ci ildən N.F.Qamaleya adına mərkəzin hazırladığı adenovirus vektorların əsasındakı peyvəndlərlə 3 mindən artıq insan peyvəndlənib. Ona görə də bu, 5 aylıq əziyyət deyil.

Adenovirus vektorlarının əsasına yalnız Rusiyada peyvəndlər yaradılmayıb. Çinin CanSino şirkəti və Johnson & Johnson da adenovirus vektorları ilə işləyirlər. Birinci növbədə, bu Ebola qızdırmasına qarşı peyvəndlərdir. Bu platformalar məlumdur və kliniki sınaqların gedişində yaxşı öyrənilib.

Kliniki sınaqların nəticələrindən əlavə, bu platformaların təhlükəsizliyi barədə onu da demək olar ki, biz hamımız adenoviruslara yoluxuruq və heç kimdə somatik xəstəliklər şəklində nəticələr heç vaxt olmur.

Bizdə canlı adenoviruslarla yox, adenovirus vektorlarla iş gedir. Bunlar bəzi genomları çıxarılmış viruslardır və onlar insan hüceyrəsində çoxala bilməzlər. Belə çıxır ki, adenoviruslarla yaşamaq qorxulu deyil, çoxala bilməyən vektorlarla isə yaşamaq tamamilə təhlükəsizdir. Mənim sözlərimi keçirilmiş on minlərlə sınaqların nəticələri təsdiq edir.

- Digər peyvəndlər ya 26-cı, ya da 5-ci adenovirusu istifadə edirlər. Rusiya peyvəndi isə hər ikisini istifadə edir. Bunun necə işlədiyini daha ətraflı izah edə bilərsiniz?

- Milli peyvəndləmə təqviminə baxın. Görəcəksiniz ki, bir çox peyvəndlər möhkəmləndirilir. Yəni, peyvəndi bir, iki, üç və daha çox dəfə vururlar. Bunu niyə edirlər? Yalnız yüksək immun cavabı formalaşdırmaq üçün yox, həm də bu cavabın uzunmüddətli olması, etibarlı immunoloji cavabın formalaşması üçün.

Əgər iqtisadiyyatı çıxsaq və sağlam düşüncə, immun cavabının uzunmüddətliliyi və səviyyəsinin qayğısına qalsaq, praym-bust strategiyası, yəni, iki və daha çox peyvəndləmə həmişə daha yaxşıdır. Praym-bust peyvəndləməni müxtəlif vektorlarla etmək sadə səbəbdən zəruridir: Dərmanın birinci dəfə daxil edilməsindən sonra vektora da immun cavabı formalaşacaq. Əgər siz eyni vektoru ikinci immunlaşdırma zamanı da daxil etsəniz, onda artıq formalaşmış antivektor immuniteti peyvəndləmənin effektivliyini azaldacaq. Ona görə də siz sadəcə daşıyıcı vektoru immun cavabını tanımayacaq vektorla dəyişirsiniz. Beləliklə, siz immun sisteminin xəbəri olmadan vacib geni keçirə və lazımi anticisimə immun cavabını formalaşdıra biləcəksiniz.

- Sizin peyvəndiniz müvəqqəti qeydiyyatdan keçib. Bu nə deməkdir?

- Müvəqqəti qeydiyyat nəyə lazımdır? Biz qarşıdakı 1,5 ildə sağlam könüllüləri müdafiə etmək istəmirik axı.

Koronavirusа qarşı peyvənd, arxiv şəkli
© Handout / Russian Direct Investment Fund / AFP
Rusiyanın COVID-19 peyvəndi

Əgər biz aralarında risk qrupu, yəni keçirəcəkləri infeksiya nəticəsində ya əlil, ya da həlak olacaq insanlar olan adi əhali ilə işləyiriksə, onda çox sərt şərtlərlə və məhdudiyyətlərlə mümkün qədər tez peyvəndi dövriyyəyə çıxaracaq mexanizm lazım idi.

Sərt şərtlər nə deməkdir? Bu, o deməkdir ki, hər bir şüşə QR-kodla kodlaşdırılır. Bütün stasionarlarda peyvəndin tətbiq olunmasına və könüllülərdə ortaya çıxacaq bütün xoşagəlməz hallara nəzarətə dair tətbiq olacaq. Peyvəndlənən hər bir könüllü tətbiqdə öünü necə hiss etməsi haqqında qeyd apara biləcək.

Bir daha qeyd etmək istəyirəm ki, söhbət məcburi kütləvi peyvəndləmədən getmir, peyvənd etdirmək barədə qərarı hər kəs özü qəbul edir.

- Üçüncü mərhələdə təxminən nə qədər insan iştirak edəcək?

- Yekun rəqəmlər razılaşdırılır, amma deyə bilərəm ki, tədqiqatlar təxminən 30-40 min insanı əhatə edəcək. İşçi variantlardan birinə görə, 2 min nəfər immunogenlik parametrlərinin qiymətləndirilməsi üzrə klinik sınaqlarda, 28 min könüllü isə epidemioloji effektivliyin qiymətləndirilməsi üçün müşahidə araşdırmasında iştirak edəcək.

Hal-hazırda biz hələ protokolu yekunlaşdırırıq ki, bütün normalara, o cümlədən beynəlxalq qaydalara uyğun olsun.

- Klinik tədqiqatların müxtəlif mərhələləri bir-birindən nə ilə fərqlənir?

- Bizim Rusiya qanunvericiliyində birinci, ikinci, üçüncü mərhələ anlayışları yoxdur. Bu, beynəlxalq tənzimləmədə istifadə olunan şərti tərifdir. Birinci mərhələ təhlükəsizliyin qiymətləndirilməsi mərhələsidir, onu nadir hallarda öz xalis formasında həyata keçirirlər. Bu mərhələdə 2-8-10-15 nəfər, bəzən isə 20 nəfər iştirak edə bilər.

Vaksinlərin tədqiq edildiyi bir şəraitdə, könüllüləri yalnız təhlükəsizliyə görə araşdırmaq və eyni zamanda qan nümunəsi götürməmək və dərhal immunogenliyi yoxlamamaq kifayət qədər axmaq bir fikirdir. Buna görə də çox tez-tez hallarda vaksinlər üçün klassik birinci mərhələ ikinci mərhələ ilə birlikdə aparılır ki, bu zaman yalnız təhlükəsizliyin deyil, səmərəliliyin qiymətləndirilməsi də baş tutur.

© Sputnik / AFK Sistema
Rusiyanın COVID-19 peyvəndi

Bu mərhələdə vaksinlərin effektivliyi onların immunogenliyi ilə qiymətləndirilir. Yəni birləşdirilmiş birinci-ikinci mərhələdə ən müxtəlif parametrlər üzrə təhlükəsizlik və immunogenlik müəyyən edilir.

Üçüncü mərhələdə isə epidemioloji səmərəlilik qiymətləndirilir. Siz peyvənd edilmiş əhalinin peyvənd edilməmiş əhalidən nə qədər çox qorunduğunu qiymətləndirməlisiniz.

Onu da əlavə etmək istəyirəm ki, klinik sınaqlara preklinik tədqiqatlar proqramını müvəffəqiyyətlə keçmədən başlamaq olmaz. Bu, heyvanlar üzərində geniş təhlükəsizlik və immunogenlik tədqiqatlarıdır ki, onlar olmadan insanlara keçmək olmaz. Və bütün parametrlər böyük sayda növlərin – gəmiricilərin, dovşankimilərin, meymunların üzərində tədqiq edilir. Hərçənd klinik tədqiqatlara başlamaq qərarına gəlməzdən əvvəl biz bu işlərin hamısını görmüşük.

- Tədqiqatların üçüncü mərhələsi niyə artıq müvəqqəti qeydiyyatdan sonra həyata keçiriləcək?

- Müvəqqəti qeydiyyatın ideyası və mənası risk qruplarına daxil olan insanlar üçün vaksinə çıxış imkanını yaratmaq və bununla da insanları infeksiyanın ağır nəticələrindən və ya ölümdən qorumaqdır. Bununla yanaşı, peyvəndin mülki dövriyyəsi sərt nəzarət altında həyata keçiriləcək və müvəqqəti qeydiyyat istənilən vaxt dayandırıla bilər.

Üçüncü mərhələnin məqsədi idarə olunan təsadüfiləşdirilmiş tədqiqat çərçivəsində böyük sayda könüllü üzərində təhlükəsizliyin və səmərəliliyinin qiymətləndirilməsidir. Bu, bütün sınaq parametrləri üzrə böyük həcmdə statistik məlumatları əldə etmək üçün lazımdır. Bundan başqa, bu mərhələ peyvəndin daimi qeydiyyatı haqqında qərarın qəbul edilməsi üçün lazımdır.

- Sizin ünvanınıza Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələrindən tənqidlər gəlib. Onlar heç bir elmi tədqiqat görmədiklərini deyirər. ÜST nümayəndələri ilə qarşılıqlı əlaqəniz varmı?

- Prinsipcə, təcrübə belədir ki, biz əvvəlcə nəticələri Səhiyyə Nazirliyinin ekspertlərinə veririk. Məqsəd mümkün qədər tez təhlükəsiz və səmərəli vaksin əldə etmək idi və bu edilib. Sonra isə məlumatları ingilis dilinə tərcümə etmək və elmi əsərlər yazmaq lazımdır.

Bu, bir tərəfdən insanları qoyulmuş vəzifələrindən yayındırmır, digər tərəfdən də aldığımız məlumatları təhlil edən ekspertlər üçün təzyiq yaratmır. Nəsə dərc edəndə biz sanki göstəririk ki, baxın, bizi nəşr ediblər, bizə istinad verirlər və müzakirə edirlər – bizi qeydiyyatdan keçirin. Yəni Səhiyyə Nazirliyi tərəfindən nəzərdən keçirildikdən sonra məlumatların dərc edilməsi qərarı qərəzsiz ekspertizaya imkan verir. Hazırda dərman qeydiyyatdan keçirilib və yaxın günlərdə məqalə ingilis dilində nüfuzlu beynəlxalq jurnala təqdim olunacaq, redaktorların və rəyçilərin ekspert qiymətləndirməsindən keçəcək. Bu, bir-iki günlük iş deyil, bu proses bir müddət çəkəcək, amma hər halda bütün materiallar yığılıb və biz onu dərc üçün təqdim edirik. Ümid edirəm ki, yaxın vaxtlarda tənqidçilər üçün yeni zəmin olmayacaq.

- İstehsal gücünü necə artırmağı planlaşdırırsınız?

- Peyvəndin kütləvi istehsalının 2020-ci ilin sentyabrında başlanacağı gözlənilir. Beynəlxalq istehsal gücləri də daxil olmaqla, bütün istehsal güclərindən istifadə olunacağı halda, 2020-ci ilin sonuna qədər vaksinin istehsalının 200 milyon dozaya çatdırılması planlaşdırılır. Artıq 20-dən çox ölkə, o cümlədən BƏƏ, Səudiyyə Ərəbistanı, İndoneziya, Filippin, Braziliya, Meksika və Hindistan "Sputnik V" vaksininin əldə edilməsində maraqlı olduqlarını bildiriblər.

© Sputnik / AFK Sistema
Rusiyanın COVID-19 peyvəndi

- Kliniki Tədqiqatlar üzrə Təşkilatlar Assosiasiyası (KTTA) Qamaleya Mərkəzinin alimlərini tənqid edərək guya onların öz vaksinlərinin prototipini özlərinə vurduqlarını iddia edib. Onlar deyirlər ki, beynəlxalq standartlara görə, bu, kobud pozuntudur. Bu tənqidə necə reaksiya verirsiniz?

- Mərkəzin alimləri heç bir pozuntu etməyiblər. Mərkəzin alimləri küçədə könüllü tutaraq, məlumatlandırılmış razılıq və sığorta olmadan onlara vaksin vurmağa başlasaydılar, bu, pozuntu olardı. Əgər biz bunu etsəydik, bu, KTTA-nın dediyi olardı.

Vaksinin yaradıcısının hüququ var ki, öz preparatını özü də qəbul etsin və bu, hər hansı bir şəkildə tənzimlənmir. Biz qəhrəman olduğumuza və ya məşhur olmaq istədiyimizə görə preparatı özümüzə vurmamışıq. Bunu ona görə etmişik ki, insanlar qırmızı zonada, yəni virusla işləyirlər.

Ümumiyyətlə, məsələ sadədir – yaxın dairəni müdafiə etmək imkanı var, hərtərəfli öyrənilmiş platforma əsasında yaradılmış vaksin var və hər birimiz öz nəticələrimizin və həmkarlarımızın nəticələrinin düzgünlüyünə əminik. Biz ilk növbədə özümüzü və yaxın dairəmizi qorumağa çalışırdıq.

Helsinki bəyannaməsi də bunu tamamilə reqlamentləşdirmir. O, klinik tədqiqatların aparılması qaydasını tənzimləyir. Həmin vaxt biz klinik araşdırma aparmamışıq. Yəni biz kliniki araşdırma aparsaydıq, öz adamlarımızı toplayıb peyvənd edib və bunu klinik tədqiqatlar dosyesinə yazsaydıq, onların bütün bu iddiaları əsaslandırılmış olardı. Əlbəttə, bu, pozuntu olardı.

- Peyvənd vurulmuş insanlarda və koronavirus xəstəliyindən sağalmış insanlarda anticisimlərin nisbəti necə olur və bu nisbət nə deməkdir?

- Bütün dünyada hazırda zərdabın xəstəlikdən sağalmış insanlarda aktivlik səviyyəsi ilə immunlaşdırılmış könüllülərdə aktivlik səviyyəsi müqayisə edilir. Burada fərq əhəmiyyətli dərəcədə peyvəndlənmiş insanların xeyrinədir, çünki immunizasiya zamanı orqanizmin intoksikasiyası baş vermir, ağır xəstəlik olmur, ona görə də təəccüblü deyil ki, peyvəndlənmiş şəxslərdə anticisimlərin səviyyəsi sağalanlardan daha yüksəkdir.

Biz artıq bilirik ki, anticisimlər bir çox sağalmış insanlarda yaranır, lakin uzun müddər qalmır. Peyvənd ilə isə anticisimlərin qalması daha etibarlı olur.

© Sputnik / Gamaleya Research Institute of Epidemiology and Microbiology
Rusiyanın COVID-19 peyvəndi

- Sizin peyvəndi koronavirus xəstəliyindən sağalmış insanlar qəbul edə bilərlərmi? Burada hər-hansı arzuolunmaz təsirlər ola bilərmi?

- Burada mənim üçün heç bir problem yoxdur. Biz qripdən hər il vaksinasiya olunuruq, eyni zamanda biz ona yoluxuruq, heç kim burada problem olduğunu soruşmur, soruşmur ki, bu il qripə yoluxmuşamsa, gələn il immunizasiya edə bilərəmmi?

Bu suallar bədnam ADE effektindən (infeksiyanın anticisimə bağlanaraq güclənməsi — virusun tam neytrallaşdırmayan anticisimlərə bağlanması nəticəsində onun immun hüceyrələrinə nüfuz etməsinə səbəb olan fenomen) başlayıb. Bu fenomen haqqında çox danışılır, amma əslində, SARS və SARS-CoV-2 koronaviruslarına qarşı vektor vaksininin vurulmasından sonra belə bir hal baş vermir.

Əgər biz vektor peyvəndlərindən danışırıqsa, bütün vaksin vurulmuş heyvanlar sağ qalır və xəstələnmir, bütün peyvənd edilməmiş heyvanlar ölür və ya ağ ciyərlərinə aşılanmış heyvanlardan daha çox zərər dəyir.

Buna görə də vektor vaksinlərdən istifadə edildikdə tənəffüs xəstəliyinin güclənlməsinə səbəb olan heç bir ADE effekti haqqında danışmaq olmaz. Bu, o demək deyil ki, onu öyrənmək və izləmək lazım deyil. Amma bu gün ADE haqqında söhbət çox şişirdilib. Bu hal həqiqətən də Denge və digər xəstəliklərə qarşı vaksinasiya halında mövcuddur. Ancaq koronavirusda belə bir hal olmur, artıq milyonlarla insan ona yoluxub və heç bir ADE təsiri tapılmayıb. Sağalmışların bir daha xəstələnməsi və ölməsi halı olmayıb.

- Rusiya vaksininin yaradılmasında yalnız rusiyalı alimlər işləyiblər? Yoxsa vaksininin yaradılmasında hansısa xarici həmkarlar iştirak ediblər?

- Xeyr, bu vaksin konkret olaraq yalnız Qamaleya Mərkəzində işlənib hazırlanıb, heç bir xarici həmkarlarla əməkdaşlıq etməmişik. Texnologiyanın özü böyük bir bilik və elmi iş təcrübəsidir. Təbiidir ki, dünyada ondan bir çox adam istifadə edir, çox sayda nəşrlər var, biz bu nəşrlərlə tanış oluruq, onlar bizim nəşrlərlə tanış olurlar. Bu, ümumi bir elm sahəsidir.

Vaksinin bilavasitə işlənib hazırlanması, yaradılması – bütün bunlar yalnız rusiyalı alimlər tərəfindən aparılıb.

Əlaqədar

“Vaksinə xoşagəlməz reaksiya olan kimi dayandırılacaq”
Çinin COVID-19 vaksinini pandalara bənzətdilər
Rusiyada koronavirus peyvəndinin istehsalı başladı
Çinin koronavirus peyvəndinin qiyməti bəlli oldu, amma gərək ikisini alasan
Rusiyanın koronavirus vaksininə ən vacib reaksiya

Əsas mövzular