Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Smartfonla sinxronlaşdırılmış silah yaradıldı – VİDEO

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidАвтомат Калашникова АК-308
Автомат Калашникова АК-308 - Sputnik Azərbaycan
Abunə olmaq
“Kalaşnikov” konserni Rusiyanın “Ordu” forumunda yeni, 5.56 kalibrli AK-19 avtomatını da nümayiş etdirməyi planlaşdırır

BAKI, 19 avqust — Sputnik. “Kalaşnikov” konserni “Ordu” forumunda Rusiyanın ilk smart silahını nümayiş etdirəcək.

Sputnik Azərbaycan bildirir ki, konsernin "ВКонтакте" qrupunun xəbərinə görə, həmin silah mobil qurğularla sinxronlaşdırıla bilir.

“İnnovasion dizaynlı ilk smart silah! Etibarlı МР-155 silahı əsasında qadcetlərlə sinxronlaşdırma imkanına malik unikal layihə “Ordu-2020” forumunda təqdim olunacaq”, - videonun təsvirində deyilir.

Videodan göründüyü kimi, silah futuristik dizayna malikdir, üzərində kollimator nişangah və mobil devayslarla sinxronlaşdırma üçün displey yerləşdirilib. “Kalaşnikov” bu günlərdə bildirib ki, forumda 5.56 kalibrli yeni AK-19 avtomatını da nümayiş etdirəcək.

“Ordu-2020” forumu avqustun 23-dən 29-dək Moskva yaxınlığındakı “Patriot” parkında keçiriləcək.

Xəbər lenti
0