06:37 28 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
3810

"Skif" raketi uzaqmənzilli raketlərin ailəsinə aiddir və dənizin dibində, konteynerdə saxlanılır. Bu konteyner raketi böyük təzyiq və sərt mühitdən etibarlı şəkildə müdafiə edir.

BAKI, 11 avqust — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya öz ərazisinə istənilən raket hücumu halında nüvə potensialından istifadə edəcək, çünki raketin uçuşu zamanı onun döyüş başlığının tərkibini müəyyənləşdirmək mümkün deyil. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən hazırlanmış "Rusiya Federasiyasının Nüvə Silahından İstifadənin Qarşısının Alınması Sahəsində Dövlət Siyasətinin Əsasları Haqqında" sənəddə deyilir.

Sənəd "Krasnaya Zvezda" qəzetində dərc edilib.

Bu vəziyyətdə Rusiyanın məhv edilməsi düşmənin məqsədi kimi nəzərdən keçiriləcək və "cavab sarsıdıcı olacaq". Belə cavabın variantlarından biri də dəniz dibindən buraxılan "Skif" qitələrarası ballistik raketləridir. "Skif"lərin yerləşmə nöqtələri, zərbə gücü və uçuş trayektoriyaları yalnız məhdud sayda mütəxəssislərə məlumdur.

"Skif"lərə qarşı tərksilah (preventiv) zərbə vurmaq texnoloji cəhətdən mümkün deyil.

Rusiyanın strateji nüvə qüvvələrinin görünməz komponenti olan "Skif" ballistik raketləri illərlə dəniz dibində gözləmə rejimində qalmağa və komanda üzrə yerüstü və dəniz hədəflərini vurmağa qadirdir.

Raket informasiya sahəsində xüsusi gizliliyi ilə diqqəti çəkir ki, bu da dolayısı ilə "Rubin" Mərkəzi Dizayn Bürosunun və Makeyev Dövlət Raket Mərkəzinin layihəsinin yüksək səmərəliliyinə dəlalət edir.

Ehtimal ki, təkmilləşmiş uçuş xüsusiyyətləri və yeni süni intellekti olan "Skif" raketi "Sineva" raketindən yaradılıb. "Skif"in ən vacib üstünlükləri yüksək döyüş davamlılığı və nisbətən aşağı istismar dəyəridir.

Konteynerdəki sirr

"Skif" raketi uzaqmənzilli raketlərin ailəsinə aiddir və dənizin dibində, konteynerdə saxlanılır. Bu konteyner raketi böyük təzyiq və sərt mühitdən etibarlı şəkildə müdafiə edir. Uzun illər ərzində raketi duzlu suyun nüfuzundan qorumağa qadir olan germetik və paslanmayan "qab"ın yaradılması layihənin əsas texniki problemi idi.

"Skif"in yüksək gizliliyi və unikal döyüş davamlılığı onun konteynerinin potensial düşmənin torpedaları üçün əlçatmaz olan böyük dərinliklərində yerləşdirilməsi ilə əldə edilir. Xüsusi sualtı qayıq "Skif" raketini baza yerinə aparır. Onun quraşdırılma yerini mövcud və perspektivli kəşfiyyat vasitələrini izləmək mümkün deyil.

Döyüş vəziyyətində konteyner ballastı hava ilə doldurur, müəyyən bir dərinliyə qalxır və raket öz hədəfinə doğru buraxılır. "Sineva"nın uçuş məsafəsi 8000 km-dən çoxdursa, ehtimal etmək olar ki, daha mükəmməl olan "Skif" daha da uzağa uçur.

"Skif"in üstünlükləri iqtisadi müstəvidə də aydın görünür. Raket daşıyan nüvə sualtı qayıqların istehsalı və istismarı son dərəcə bahadır. Onların ekipajlarının hazırlanması da baha başa gəlir. "Skif" raketi əlavə xərclər olmadan istənilən sualtı qayıqdan daha çox xidmət göstərə bilir və eyni zamanda ilkin döyüş potensialını, atış və hədəfləri dəqiq vurma qabiliyyətini qoruyub saxlaya bilir. Rusiyanın Qərbin dənizdə yeni silahlanma yarışına verdiyi cavab belədir.

Məlumdur ki, "Skif in ilk sınağı 2008-ci ildə keçirilib. Zavod sınaqları 2013-cü ilin yayında Ağ dənizdə başlayıb, 2017-ci ildə isə Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondarev bəyan edib ki, raket artıq Rusiya Silahlı Qüvvələrinin arsenalındadır.

İllüziya qurbanları

Rusiya Prezidenti Vladimir Putin iyunun 2-də "Nüvə Silahından İstifadənin Qarşısının Alınması Sahəsində Dövlət Siyasətinin Əsasları"nı təsdiq edib. Sənədə görə, potensial rəqib təcavüzün qətiyyətlə cavablanacağını bilməlidir. Hər halda, Rusiya nüvə silahına yalnız məhdudlaşdırma vasitəsi kimi baxır.

Xatırladım ki, Amerika Birləşmiş Ştatları 1970-ci illərdə raketlərin dənizin dibdə yerləşdirilməsi ideyasından imtina edib və Avropada orta mənzilli raketləri yerləşdirməyə üstünlük verib.

Vaşinqtonun planlarına görə, 570-dən çox bərk yanacaqlı "Pershing 2" raketi 80 kilotonn gücündə olan nüvə monobloklarını SSRİ-dəki hədəflərə (Moskvaya 8 dəqiqəyə) çatdırmalı idi.

Bu gün tarix başqa bir texnoloji səviyyədə təkrarlanır və ön əsaslı sistemi (Forward Based System) gözlərimiz qarşısında Almaniyadan Polşaya daşınır. ABŞ-ın strateji silahlar sahəsində fəaliyyəti nüvə vasitələrindən istifadə etməklə "qlobal zərbə" konsepsiyasının reallaşdırılmasına yönəlib.

Birləşmiş Ştatlar və NATO fəalları hərbi alətlərlə Rusiyanın iqtisadi inkişafının və beynəlxalq nüfuzunun artmasının qarşısını almağa çalışırlar.

Pentaqon təxminən iki onillikdir ki, müttəfiqləri ilə Əfqanıstanda bahalı hərbi əməliyyatlar apararaq zəif silahlanmış "Taliban" terror təşkilatı məğlub etməyə çalışır. Lakin nəticədə, ABŞ düşmənlə Amerika ordusu üçün biabırçı olan barışıq sazişini bağlayıb və zəif bir dövləti – Əfqanıstan İslam Respublikasını – taleyin ümidinə buraxıb gedir. Təəssüf ki, Vaşinqtonda düzgün nəticə çıxarmayıblar və həvəslə Avropanı mövcud olmayan "Rusiya təhlükəsi"ndən xilas etməyə başlayıblar. Lakin, "Skif"lər və Rusiya Federasiyasının digər təhlükəsizlik zəmanətçiləri oyaqdır.

Əsas mövzular

  • Erməni əsgərinin geyimi, arxiv şəjki

    Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur

    280
  • İşğal olunmuş ərazilərimizdə Ermənistan SQ hərbçisi, arxiv şəkli

    Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Həmçinin Murovda əhəmiyyətli yüksəklik alınıb

    512
  • Əsgərlər, arxiv şəkli

    Zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcəklər

    2048