Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya vətəndaşlığı almaq indi daha asan olacaq

© AFP 2023 / ALEXANDER NEMENOVRusiya pasportu, arxiv şəkli
Rusiya pasportu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni qanuna əsasən SSRİ-i vətəndaşlığı olan və sabiq SSRİ ölkələrində yaşayan, lakin orada vətəndaşlıq almayan şəxslər, bundan sonra Rusiyada azı 3 il yaşamaqla bağlı tələbə riayət etməyə məcbur deyil

BAKI, 24 iyul — Sputnik. Rusiyada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiya vətəndaşlığı almasını asanlaşdıran federal qanun qüvvəyə minib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə qərarı Rusiya Prezidenti Vladimir Putin bu ilin aprelində imzalamışdı.

Президент Республики Беларусь Александр Лукашенко - Sputnik Azərbaycan
Avropalılar xoş gəliblər - Lukaşenko Aİ ilə viza rejimini sadələşdirdi

Yeni qanun mövcud vətəndaşlıqdan imtinanı tələbini və yeni status almaq üçün Rusiyada azı 3 il yaşamaqla bağlı tələbi istisna edir.

Belə ki, yeni qanuna əsasən SSRİ-i vətəndaşlığı olan və sabiq SSRİ ölkələrində yaşayan, lakin orada vətəndaşlıq almayan şəxslər, bundan sonra Rusiyada azı 3 il yaşamaqla bağlı tələbə riayət etməyə məcbur deyil. Analoji qayda Rusiya vətəndaşı olan şəxslə nikahda olan və bu nikahdan övladı olan əcnəbilərə, valideynlərindən biri Rusiya vətəndaşlığına sahib olan və Rusiyada yaşayan əcnəbi vətəndaşlara da şamil ediləcək.

Asan vətəndaşlıq qaydası Moldova, Ukrayna, Belarus və Qazaxıstan sakinlərinə də şamil olunacaq. Əgər onların yaşayış icazəsi varsa, onlar da yaşamaqla bağlı tələbə riayət etməyə məcbur deyillər.

Həmçinin Rusiya universitetlərinin məzunları üçün vətəndaşlıq alınmasındakı şərtlərdən olan Rusiyada işləmə müddəti üç ildən bir ilə qədər azalır.

Xəbər lenti
0