11:32 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
3010

Rusiya Federasiyasının XİN başçısı ilə görüşdə azərbaycanlı icmasını Quba rayonunda anadan olmuş Qod Nisanov təmsil edib.

BAKI, 23 iyul - Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyadakı Azərbaycan və Ermənistan icmalarının tanınmış nümayəndələri ilə görüşüb.

Sputnik Azərbaycan-ın Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Lavrovla "Kiyevskaya ploşad" MMC-nin rəhbəri Qod Nisanov və "Rusiya Erməniləri İttifaqı"nın ictimai təşkilatının prezidenti Ara Abramyan arasında görüş olub.

Görüşdə Rusiya Federasiyası ərazisində qanunvericiliyə müvafiq olaraq millətlərarası sülhün və razılığın dəstəklənməsində azərbaycanlı və erməni icmalarının rolu müzakirə olunub.

Rusiya vətəndaşlarının milli zəmində hüquqlarının pozulması hallarının qarşısının alınması və aradan qaldırılması üçün birgə izahedici və maarifləndirmə işlərinin əhəmiyyəti qeyd edilib.

Həmçinin Bakı və Yerevan arasında münasibətlərin normallaşdırılmasına şərait yaradılması üçün azərbaycanlı və erməni icmalarının konstruktiv töhfəsinin zəruriliyi vurğulanıb.

Əsas mövzular