Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada bir gündə 165 nəfər koronavirusdan öldü

© AFP 2023 / MARK FELIXТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb.

BAKI, 22 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 5862 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 165 nəfər ölüb.

Ситуация в связи с эпидемиологической обстановкой в Испании, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Payızda koronavirusun ikinci dalğası olacaq, amma günəş bizi xilas edəcək

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 789190-a çatıb. Rusiyada pandemiya yayılandan 12745 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 9669 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 572053-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 15 milyonu keçib, 616 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0