Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusa yoluxanların sayı 770 mini keçdi

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidМедик проверяет капельницу у пациента в реанимации городской клинической больницы № 15 имени О. М. Филатова в Москве.
Медик проверяет капельницу у пациента в реанимации городской клинической больницы № 15 имени О. М. Филатова в Москве. - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada pandemiya yayılandan 12427 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 3258 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 553602-ə çatıb.

BAKI, 20 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 5940 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 85 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 777486-a çatıb. Rusiyada pandemiya yayılandan 12427 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 3258 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 553602-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 14,5 milyonu keçib, 606 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0