15:06 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
Dünyanı cənginə almış bəla (494)
69201

Analizlərin nəticələri birmənalı olaraq peyvəndləmə nəticəsində bütün könüllülərdə immun cavabının formalaşdığını göstərir.

BAKI, 20 iyul — Sputnik. Rusiya Müdafiə Nazirliyi koronavirus vaksinin kliniki sınaqlarını bitirib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, söhbəti N.F.Qamalei adına Mərkəzlə N.N. Burdenko adına hərbi hospitalın birgə keçirdiyi testlərdən keçir.

Bu gün bazadan daha 20 könüllü evə buraxılıb.

"Analizlərin nəticələri birmənalı olaraq bütün könüllülərdə peyvəndləmə nəticəsində immun cavabının formalaşdığını göstərir. Evə buraxılan zaman könüllülərin səhhətində heç bir yan nəticə, pisləşmə və istənilənmyən reaksiya və şikayət qeydə alınmayıb", - deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Analizin bütün nəticələri N.F. Qamalei adına epidemiologiya və Mikrobiologiya Milli Mərkəzinə göndəriləcək. Onların emal olunmasından sonra preparatın dövlət qeydiyyatından keçirilməsi gözlənilir.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 14,5 milyonu keçib. Məlumata əsasən, virusa yoluxmuş 606 173 nəfər vəfat edib, 8 133 663 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 3 milyon 773 min 260 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 770 311 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mövzu:
Dünyanı cənginə almış bəla (494)

Əsas mövzular