Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusa yoluxanların sayı 760 mini keçdi

© Sputnik / Aleksey Suhorukov / Mediabanka keçidРабота скорой помощи "Домашний доктор" в Тамбове
Работа скорой помощи Домашний доктор в Тамбове - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 765437-yə çatıb. Rusiyada pandemiya yayılandan 12247 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 18 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 6234 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 124 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 765437-yə çatıb. Rusiyada pandemiya yayılandan 12247 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 7490 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 546863-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 14,1 milyonu keçib, 602 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0