Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə S-400-ün ABŞ qırıcıları ilə ikinci sınağını keçirir: geriyə dönüş yoxdur

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçid "S-400" zenit-raket kompleksləri və hərbçilər, arxiv şəkli
 S-400 zenit-raket kompleksləri və hərbçilər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Danılmaz texnoloji üstünlüyə və döyüş qüdrətinə malik "Triumf" sistemi Türkiyədə və bir sıra digər ölkələrdə çoxqütblü sülhü möhkəmləndirir

BAKI, 9 iyul — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Ankara S-400 "Triumf" zenit raket sisteminin yeni sınaqlarını aparmaqla öz müdafiə qabiliyyətini gücləndirməyə dair qəti mövqeyini nümayiş etdirir. Türkiyə Rusiya istehsalı olan silahlarını nə yenidən satmaq, nə də hərbi sahədə bəzi güzəştləri əvəzində onlardan imtina etmək barədə düşünür.

Türkiyə iyulun 4-dən etibarən Mürtəd aviabazasında Rusiyanın S-400 zenit raket sistemlərinin müxtəlif yüksəkliklərdə və məsafədə uçuşlar yerinə yetirən F-16 və F-4 qırıcılarına qarşı sınaqlarını həyata keçirir. Ankara Vaşinqtonun Rusiya istehsalı olan sistemlərin istismarı ilə bağlı sanksiyalara dair çoxsaylı xəbərdarlığına məhəl qoymayıb.

Транспортно-пусковая установка зенитного ракетного комплекса С-400 Триумф на военном параде на Красной площади, фото из архива - Sputnik Azərbaycan
Türkiyə "S-400"ləri sınaqdan keçirdi - ABŞ qırıcılarına qarşı

Amerika istehsalı olan F-16 "Viper" və F-4 "Phantom II" döyüş təyyarələrinin "Triumf" sistemlərinin sınaqlarında istifadəsi təsadüfi görünmür. Ötən il ABŞ-ın narahatlığına baxmayaraq, türkiyəli mütəxəssislər S-400-dən Ankara səmalarında müxtəlif yüksəkliklərdə uçan F-16 təyyarələrinə qarşı sınaqlarda istifadə ediblər. "Triumf"un çoxmərhələli sınaqları 2020-ci ilin noyabrına qədər davam edəcək.

S-400-ün tədarükü ötən yay başlayıb və Ankara ilə Vaşinqton arasında gərginliyin artmasına səbəb olub. Amerikalılar türkiyəli tərəfdaşlardan sövdələşmədən imtina etməyi və "Patriot" kompleksləri əldə etməyi tələb ediblər, eləcə də Türkiyəni F-35 qırıcısının birgə istehsalı proqramdan xaric etməklə hədələyiblər. Ankara bu təzyiqlərə tab gətirib, güzəştə getməkdən imtina edib və dəfələrlə "Triumf"un NATO-ya heç bir təhlükə yaratmadığını vurğulayıb.

Rusiya keçən noyabr ayında S-400-ün dörd divizionunun Türkiyəyə göndərilməsi üçün 2,5 milyard dollarlıq müqaviləni yerinə yetirib. 2020-ci ilin iyununda Ankara ilə Moskva "Triumf"un ikinci dəstinin (alayının) tədarükünə dair prinsipial razılığa gəliblər. Bununla yanaşı, Türkiyə Respublikasının Müdafiə Sənayesi Katibliyinin rəhbəri İsmayıl Demir bildirib: "S-400 sistemi istifadə üçün alınır. Nöqtə".

Birləşmiş Ştatlar isə əvvəlki kimi "Triumf"u Türkiyə torpağından çıxarmaq üsulunu axtarır: onu Türkiyədən almağı, Amerika kompleksləri ilə əvəz etməyi təklif edir və yeni sanksiyalarla hədələyir.

Əbədi "Triumf"

Танк Т-14 Армата во время военного парада, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
"Armata" ixracata gedir: Rusiyanın ən yeni T-14 tankını kim alacaq

Türkiyədə S-400-ün sınaqları aşkarlama məsafəsini, müşayiət dayanıqlığını, vurma effektivliyini və digər döyüş parametrlərini aydınlaşdırmaq üçün aparılır. Ankara yaxınlığında, Mürtəd aviabazasında yerləşən Rusiya istehsalı zenit-raket sistemləri F-35 və F-22 təyyarələri də daxil olmaqla, real aerodinamik hədəflər üzərində sınaqdan keçirilir. Məlumdur ki, gizli və radarlar üçün görünməyən beşinci nəsil Amerika qırıcıları "Triumf"un aşkarlanma və vurma radiusunda üç dəfə görünüb.

ABŞ Hərbi Hava Qüvvələrinin F-35 və F-22 təyyarələrinin Qara dəniz və Türkiyə ərazisindən Yaxın Şərq ölkələrinə rotasiyası və köçürülmə marşrutları təxminən Mürtəd aviabazasından 200 kilometr aralıdan keçir. "Fighter Jets World" nəşrinin yazdığına görə, türkiyəli mütəxəssislər müxtəlif rejimlərdə və müxtəlif hündürlüklərdə "Triumf"un radarının imkanlarını yoxlayırlar. Türkiyə tərəfi S-400-ün beşinci nəsil Amerika qırıcıları üzərində sınaqlarının təfərrüatlarını açıqlamır. Amma hərbi ekspert Viktor Barantsın məlumatına görə, bu sınaqların iştirakçılarından biri "Rosoboroneksport" şirkətinin nümayəndəsi ilə söhbətində deyib ki, Amerika təyyarələri radarların ekranlarında görünür. Şikayətlərin olmamasını və yeni tədarük perspektivlərini nəzərə alsaq, Ankaranın "Triumf"dan tam razı qaldığını ehtimal etmək olar.

Türkiyənin Müdafiə Nazirliyi bir qədər əvvəl bildirib ki, S-400-ün yerləşdirilməsi uğurla başa çatıb və onun radarı hətta təsir zonasının kənarında F-16 "Fighting Falcon" qırıcısını görüb, eləcə də aşağı yüksəkliklərdə uçan bütün hədəfləri aşkar edib. "Triumf" silah bazarında dünyanın ən məşhur dördüncü nəsil bombardmançı-qırıcı təyyarəsini ən uzaq məsafədə aşkar etməklə yanaşı, hədəf vurma zonasına daxil olanadək raketləri buraxmağa daim hazırdır. Yəni döyüş rejimində F-16 "Fighting Falcon" təyyarələri 400 kilometr məsafədə avtomatik olaraq məhv ediləcək. Xatırladım ki, yüngül F-16 qırıcısının qiyməti 50 milyon dollardır, F-35 isə iki dəfə bahadır.

Yeni imkanlar dövrü

Mürtəd aviabazasında "Triumf"ların uğurlu sınaqları Amerika qırıcı aviasiyasına sarsıdıcı təsir göstərir. Amma yenə də Ankara ilə münasibətləri korlamaq Vaşinqtonun maraqlarına uyğun deyil. Türkiyə ərazisində ABŞ-ın nüvə silah-sursatının saxlandığı İncirlik aviabazası yerləşir. Bu aviabaza bu qaynar regionda ABŞ Hərbi Hava Qüvvələrinin əsas dayaq məntəqəsidir. Geosiyasi baxımdan Türkiyə ABŞ və NATO üçün çox vacibdir, ona görə də alyansdakı oyun qaydalarına heç bir risk etmədən təsir göstərə bilər. Moskva ilə yaxınlaşma Ankaranı Qərb tərəfdaşlarının təzyiqinə daha dözümlü edir.

Patriot  sistemi  - Sputnik Azərbaycan
RUSİYA
Amerikanın "Patriot" komplekslərinin yeni uğursuzluğu

S-400-ü alması səbəbi ilə Vaşinqton Türkiyənin F-35 proqramında iştirakını dondurub (Ankara "cəzalandırılıb", lakin proqramdan çıxarılmayıb). Bu məhdudiyyətdən sonra Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyadan Su-35 və Su-57 qırıcılarının alınmasının mümkünlüyünü bəyan edib. "MAKS-2019" aviasalonunda bunun nə qədər real olduğunu Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətin direktoru Dmitri Şuqayev təsdiqləyib.

Türkiyənın aldığı silahın potensialını obyektiv qiymətləndirsək, respublikanın müdafiə qabiliyyətinin keyfiyyətli artımı nəzərə çarpır: "Triumf"un bir batareyasında 72-yə qədər raket var və sistem eyni zamanda 36 hədəfə atəş aça bilər. Müxtəlif tipli raketlər S-400-ə effektiv və differensial şəkildə qırıcı-bombardmançıları, pilotsuz uçan aparatları, qanadlı, taktiki və ballistik raketləri 5 metrdən 30 kilometrədək hündürlük və 400 kilometrdən 2 kilometrədək məsafə diapazonunda vurmağa imkan verir. "Triumf" sistemi müxtəlif məsafəli zenit komplekslərini inteqrasiya etməyə və hava hücumundan müdafiə vasitələri şəbəkəsini idarə etməyə qadirdir. Bu sistem Türkiyəyə hərbi hava qüvvələrinin inkişafında müəyyən geriliyi kompensasiya etməyə imkan verir.

Danılmaz texnoloji üstünlüyə və döyüş qüdrətinə malik "Triumf" sistemi Türkiyədə və bir sıra digər ölkələrdə çoxqütblü sülhü möhkəmləndirir. Bununla yanaşı, yeni imkanlar yaranır və Ankara Rusiyadan S-500 "Prometey" zenit-raket sisteminin alınmasını müzakirə edir. Rusiyanın uzaq hava hücumundan müdafiə sistemləri beynəlxalq bazarda və hərbi mövqelərdə o qədər də mükəmməl olmayan Qərb analoqlarını sıxışdırmaqda davam edir.

Xəbər lenti
0