Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yelena Malışeva ölüm səbəblərinin siyahısını göstərdi: koronavirus sondadır

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidДоктор медицинских наук, профессор и телеведущая Елена Малышева
Доктор медицинских наук, профессор и телеведущая Елена Малышева - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur televiziya aparıcısı Yelena Malışeva Instagram-dakı səhifəsində Rusiyada koronavirus epidemiyasının ötüb keçdiyini  və ikinci dalğanın olmayacağını açıqlayıb

BAKI, 8 iyul – Sputnik. Televiziya aparıcısı Yelena Malışeva Instagram-dakı səhifəsində Rusiyada koronavirus epidemiyasının ötüb keçdiyini və ikinci dalğanın olmayacağını bildirib.

O qeyd edib ki, ölkədə keçirilən testlərin sayı artır, ölüm halları isə yoxdur. Malışevanın sözlərinə görə, koronavirus infeksiyasına yoluxmuş şəxs xəstəliyi iki-üç nəfərə, qızılcaya yoluxan isə 16 nəfərə keçirir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Елена Малышева (@malysheva.live)

Hazırda Yelena Malışeva hələ də sərt karantin tədbirlərinin görüldüyü Nyu-Yorkdadır.

Rusiya ərazisində yeni növ koronavirusa yoluxma halı ilk dəfə bu il yanvarın 31-də Çin vətəndaşında qeydə alınıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusu pandemiya elan edib.

Rusiyada önləyici tədbirlər kimi qeyri-iş günləri elan olunub, bir sıra regionlarda özünütəcrid rejimi tətbiq edilib, hava əlaqəsi dayandırılıb və dövlət sərhədləri bağlanıb.

 

Xəbər lenti
0