05:55 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
2510

"Beləliklə, o, əslində Sputnik-in bağlanılması üzrə Estoniyanın təcrübəsini öyrənməyə başlayan ölkələrin əl-qolunu açır"

BAKI, 7 iyul — Sputnik. Estoniya hökuməti söz azadlığı prinsiplərini pozaraq Sputnik Estoniya agentliyinin fəaliyyətini mıəhdudlaşdırmağa davam edir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə nəşrin rəhbəri Yelena Çerışeva "Dünya 2020-ci ildə medianın gözü ilə" beynəlxalq konfransında danışıb.

Tədbirdə Sputnik-in Amerika və Avropa redaksiyalarının nümayəndələri iştirak ediblər. Onlarla yanaşı, Rusiya XİN sözçüsü Mariya Zaxarova, amerikalı müstəqil jurnalist Yeva Bartlett və isveçrəli yazıçı Gi Mettan da konfransda çıxış ediblər.

Konfransda əsas müzakirə mövzularından biri də Baltika ölkələrində Sputnik nümayəndəliklərinə sistemli şəkildə təzyiq göstərilməsi olub. Yelena Çerışevanın sözlərinə görə, Sputnik Estoniya Baltika regionunda fərqli düşüncə ilə mübarizənin ən parlaq nümunəsinə çevrilib.

“Biz həm inzibatı təzyiqi, həm iqtisadi blokadanı, həm siyasi senzuranı, hətta cinayət təqibi təhdidlərini də öz üzərimizdə hiss etdik, - deyə Çerışeva bildirib. – Yalnız Estoniya polisi Avropa sanksiyalarını öz bildiyi kimi təfsir edərək, Aİ-nin fərdi sanksiyalarını Rusiyanın dövlət KİV-nə tətbiq edə bilərdi”. 

Yelena Çerışeva xatırladıb ki, 2020-ci il yanvarın 1-dən Sputnik Estoniya-nın saytı fövqəladə rejimdə çalışır. Agentliyin əməkdaşları işdən ayrılmalı olublar, çünki Polis və Gömrük Mühafizəsi Departamenti onların hamısına belə məzmunda məktub göndərib ki, əgər jurnalistlər “Rossiya Seqodnya” BİA ilə əməkdaşlığı davam etdirsələr, onlara qarşı “Avropa sanksiyalarına riayət etməmə” maddəsi ilə cinayət işi açılacaq. Qanun pozuntusu dedikdə Estoniya hökuməti BİA-nın baş direktoru Dmitri Kiselyova qarşı 2014-cü ildə tətbiq edilmiş məhdudiyyətləri nəzərdə tutur. Ancaq indiyə qədər agentliyin özünün adı heç bir sanksiya siyahısında yoxdur.

Çerışevanın sözlərinə görə, Avropanın Sputnik Estoniya-ya münasibətdə mövqeyi onu qorxudur.

“Brüssel susur və bunun özü cinayətdir, - jurnalist deyib. – Beləliklə, o, əslində Sputnik-in bağlanılması üzrə Estoniyanın təcrübəsini öyrənməyə başlayan ölkələrin əl-qolunu açır”.

Agentliyin redaksiyası bircə ona nail ola bilib ki, vergi ödənişlərinin “donunu açıb”.

“Yəni biz hələ də Estoniya hökumətinə vergi ödəyirik, - Çerışeva dəqiqləşdirib. – Özü də Vergi departamenti bizim şirkətin elektron mühitinə girişi tamamən bağlayıb. Ümid edirəm ki, “Rossiya Seqodnya” BİA bir çıxış yolu tapacaq, çünki hazırda həqiqəti məhz milli dillərdə demək həyati vacib əhəmiyyət kəsb edir”.

Konfransın digər iştirakçılarının da fikrincə, Avropa təşkilatları bu məsələyə ona görə qarışmırlar ki, sözhbət məhz Rusiya KİV-dən gedir. 

Məsələn, Sputnik-in Fransadakı redaksiyası da indiyədək prezident pulunda qeydiyyatdan keçməyib və Yelisey sarayına girişi qadağandır. Bu barədə agentliyin nümayəndəsi Marya Lipatova bildirib.

“Ancaq buna rəğmən, qeyd eləmək lazımdır ki, fransızdilli KİV arasında ilk dəfə olaraq biz koronavirusu gündəmə gətirdik və pandemiyaya baxmayaraq işimizə davam etdik, - jurnalist bildirib. – Sputnik-in müxbirinin çəkdiyi kadrları sonra Fransanın aparıcı KİV-ləri öz reportajlarında istifadə edirdilər”.

Marya Lipatova həmçinin qeyd edib ki, Sputnik Fransa-nı müntəzəm olaraq feyk xəbərlərin dərcində günahlandırırlar. Agetnlik isə sadəcə rus siyasətçilərin fikirlərini fransızcaya tərcümə edir. Amma buna baxmayaraq agentliyin auditoriyası genişlənməkdədir.

“Bundan başqa, biz həmkarlarımızın da etibarını qazanmışıq, onlar Sputnik Fransa-dan daha çox sitat gətirməyə başlayıblar”, - Lipatova yekunlaşdırıb.

“"Dünya 2020-ci ildə medianın gözü ilə" beynəlxalq konfransı jurnalistikanın Rusiyada və dünyada hazırkı durumunun analizinə həsr olunub.  Tədbir “Rossiya Seqodnya”nın multimedia mətbuat mərkəzində iyulun 7-də pandemiya səbəbindən onlayn formatda keçirilib.

 

Əlaqədar

Zaxarova: "Bütün dünyanın informasiya təhlükəsizliyi riskdədir"
Rusiya Baltikyanı ölkələr üçün təhdid deyil – ABŞ rəsmisi sakitləşdirdi
"Yadımda saxlayacağam". ATƏT rəhbəri Sputnik Estoniya ilə bağlı vəziyyəti şərh edib
Sputnik Estoniya-nın rəhbəri və Vışinski Moskvada səfirliyin önündə piketə çıxdılar
Moskvada Sputnik Estoniya əməkdaşlarına dəstək piketi keçirilib

Əsas mövzular