01:47 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
21 0 0

Faktla bağlı "Dövlətə xəyanət" maddəsi ilə cinayət işi başladılıb. Safronov 20 il müddətinə qədər azadlıqdan məhrum edilə bilər.

BAKI, 7 iyul — Sputnik. Rusiyanın Kosmik agentliyi – "Roskosmos"un rəhbəri Dmitri Roqozinin informasiya siyasəti üzrə müşaviri İvan Safronov NATO-ya işləməkdə şübhəli bilinir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Federal Xidmətinin yaydığı məlumatda bildirilir.

"NATO-nun xüsusi xidmətlərinin birinin tapşırıqlarını yerinə yetirən Safronov Rusiya Federasiyasının müdafiə və təhlükəsizliyi, o cümlədən hərbi-texniki əməkdaşlığa dair dövlət sirri əhəmiyyətinə malik məlumatları toplayıb, ötürüb", - deyə məlumatda bildirilir.

Faktla bağlı "Dövlətə xəyanət" maddəsi ilə cinayət işi başladılıb. Safronov 20 il müddətinə qədər azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, İvan Safronov 2010-2019-cu illərdə "Komersant" nəşrinin müxbiri, daha sonra isə "Vedomosti" nəşrinin hərbi və kosmik sahədə ixtisaslaşmış xüsusi müxbiri olub. Bu ilin may ayının sonunda isə o, Dmitri Roqozinin müşaviri postuna təyin olunub.

Əsas mövzular