00:24 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
Dünyanı cənginə almış bəla (492)
3820

Qamaleya Elmi Araşdırma Mərkəzi tərəfindən yaradılmış peyvənd hazırda Rusiya Müdafiə Nazirliyi ilə birlikdə sınaqlardan keçirilir. Nazirlik iki həftəlik testlərdən sonra könüllülərin sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib

BAKI, 6 iyul — Sputnik, Yelizaveta İsakova. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın COVID-19 əleyhinə peyvəndi ilə maraqlanır. Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə ÜST-ün baş elmi işçisi Sumiya Svaminatan deyib.

"Biz bilirik ki,  avifavirin (koronavirus dərmanı - red.) testləri aparılır. Dərmanın iki və ya üç testi aparılır və biz nəticələri gözləyirik. Lakin bundan başqa, bizi Rusiya vaksini də maraqlandırır", - o bildirib.

Rusiya Səhiyyə Nazirliyi COVID-19-un müalicəsi üçün iki dərmanı – Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun və "XimRar" şirkətinin istehsalı olan "Avifavir" və "Promomed" şirkəti tərəfindən istehsal olunan "Areplivir" dərmanlarını təsdiq edib.

Svaminatan xatırladıb ki, ÜST-ün koronavirus dərmanları və vaksinləri haqqında məlumat mübadiləsi üçün "Həmrəylik testləri" proqramı var. O, həmçinin Rusiya alimlərinin əməkdaşlığa razılıq verəcəyinə ümidvar olduğunu bildirib.

Hazırda Rusiya "Həmrəylik testlərində" iştirak etmir. Proqrama ABŞ, Böyük Britaniya, Çin və Fransa da qoşulmayıblar.

Bundan əlavə, Qamaleya Elmi Araşdırma Mərkəzi tərəfindən yaradılmış peyvənd hazırda Rusiya Müdafiə Nazirliyi ilə birlikdə sınaqlardan keçirilir. Nazirlik iki həftəlik testlərdən sonra könüllülərin sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib. Paralel olaraq sınaqlar Seçenov Universitetində keçirilir. Bundan başqa, "Vektor" Mərkəzinin Baş direktoru Rinat Maksyutov RİA Novosti-yə məlumat verib ki, mərkəzdə hazırlanmış koronavirus peyvəndinin üç prototipi sınaqlardan uğurla keçib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu COVID-19 xəstəliyinin yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada artıq 10,9 milyondan çox yoluxma faktı qeydə alınıb, 523 mindən çox insan dünyasını dəyişib.

Mövzu:
Dünyanı cənginə almış bəla (492)

Əlaqədar

Trampdan ümidverici sözlər: “Vaksinin hazırlanması...”
Daha bir ölkə koronavirus vaksininin yaradılmasına qoşulur
Rahat nəfəs almaq olar. Alman virusoloq koronavirusun ikinci dalğasını istisna edir
Rusiyada COVID-19 vaksininin sınaqlarının iştirakçılarından xəbər var
Şad xəbər də gəldi, koronavirus bir neçə aydan sonra...

Əsas mövzular